Budapeşt Azərbaycan Evində Azərbaycan və macar dillərinin tədrisinə start veriləcək
Xaricdə Azərbaycan evlərinin açılması soydaşlarımızın birgə fəaliyyəti, şəbəkələşməsi, azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bu səbəbdən dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan evlərinin sayı ilbəil artmaqdadır.
Budapeştdə fəaliyyət göstərən Azərbaycan Evi 2019-cu il dekabrın 27-də Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə açılıb.
Zəngin mədəni ənənələrə və çoxəsirlik tarixə malik olan Azərbaycanı xaricdə layiqincə təmsil etmək üçün Budapeşt və ətraf şəhərlərdə yaşayan soydaşlarımız mütəmadi olaraq bu evdə toplaşır, Vətənə dəstək nümayiş etdirir, ölkəmizi xaricilərə tanıdırlar.
Macarıstanda yaşayan həmvətənlərimizin görüş yeri olan Azərbaycan Evində toplaşan gənclər asudə vaxtlarında müxtəlif intelektual oyunlar oynayır, musiqi alətlərində ifa edirlər. Bununla yanaşı, Azərbaycan Evində rəsm, rəqs və musiqi dərnəkləri də təşkil edilib. 2022-ci ildən etibarən isə Azərbaycan və macar dillərinin tədrisinə start veriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)






