Özəl laboratoriyaların 2 test götürülməsi təklifilə bağlı RƏSMİ AÇIQLAMA
“Omikron”u müəyyənləşdirmək üçün ikinci testin götürülməsi heç bir əhəmiyyət daşımır"Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB birgə məlumat yayıb.
"Marja" xəbər verir ki, birgə məlumatda deyilir:
"Son günlər rəsmi səhiyyə qurumlarına bəzi özəl laboratoriyalarda COVID-19 testi üçün müraciət edən vətəndaşlara iki test götürülməsi təklif olunması barədə məlumatlar daxil olur. Özəl laboratoriya əməkdaşları 1-ci testin vətəndaşın COVID-19 infeksiyasına yoluxub-yoluxmamasını, 2-ci testin isə aşkarlanan virusun SARS-CoV-2 21K “Omikron” variantı olub-olmamasını müəyyənləşdirmək üçün vacib olduğunu bildirirlər. Nəticədə müraciət edən şəxs əlavə test müayinəsinin ödənişini etməli olur.
Qeyd edək ki, koronavirusun mutasiyalarından asılı olmayaraq müalicə metodları eynidir. Təklif edilən ikinci test təyin olunacaq müalicə üçün heç bir diaqnostik və kliniki əhəmiyyət daşımır.
Yeni ştamın simptomları çox vaxt kəskin respirator infeksiya simptomlarına bənzəyir və əsasən yuxarı tənəffüs yollarına təsir edir. Simptomları hiss etdikdə ilk növbədə ərazi üzrə poliklinikaya, ailə həkiminə (sahə həkimi-pediatrı, sahə həkimi-terapevti) müraciət edilməlidir.
Aparılan tədqiqatların nəticələri bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarının yarada biləcəyi ağırlaşma hallarından qorunmağın ən effektiv yolu vaksinasiyadır.
Bu səbəbdən, səhiyyə qurumları vətəndaşlarımızı yayılan yeni ştamdan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 5 ay sonra (“buster”) doza ilə peyvəndləməyə çağırır. Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən peyvəndin 2-ci dozasının üzərindən 6 aydan çox keçmiş şəxslərin “Peyvənd sertifikatı” fevralın 15-dən etibarlı hesab edilməyəcək".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
4 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
4 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























