Muğanbank “AniPay” ödəniş sistəminə qoşulub
(®) Ölkədə ilk dəfə olaraq “Açıq bankçılıq” prinsipləri əsasında Mərkəzi Bank tərəfindən yaradılan “AniPay” Ani Ödəniş Sistemində müştərilərin və onlara aid bank hesablarının məsafədən qeydiyyatdan keçirilməsi, silinməsi, qalıq məlumatlarının əldə edilməsi və əməliyyatların aparılması üzrə funksionallıqlar mövcuddur.
“Muğanbank” ASC də adıçəkilən ödəniş sisteminə qoşulmuşdur. Belə ki, bu sistem müştərilərin bank xidmətlərindən məsafədən və sürətli istifadə imkanlarını genişləndirir. Fiziki şəxslər bu sistemdən faydalanmaqla 24/7/365 rejimində hesab əməliyyatlarını sürətləndirə (AniPay köçürmə), bütün hesablar üzrə (plastik kart hesabları daxil olmaqla) əməliyyatları yerinə yetirə biləcəklər.
AÖS üzrə xidmətlərdən istifadəyə görə fiziki şəxslərdən komissiya haqqı tutulmur (fərdi sahibkarlar istisna olmaqla). Bundan başqa, müştərilər ödənişləri anında qəbul edəra2ək maliyyə axınlarını gücləndirə biləcəklər.
Bu sistem rəqəmsal bank xidmətlərinin effektivliyini yüksəldəcək. Müştərilərə məsafədən xidmət imkanlarını və xidmətin çeşidlərini genişlədərək, hesablar üzərindən rəqəmsal ödəniş həllərinin inkişafına təkan verəcək.
Müştərilər AÖS-ün “AniPay” mobil tətbiqini yükləyərək ödənişlərini anında həyata keçirə bilərlər (Android: http://bit.ly/3b78WQo və IOS: https://apple.co/3hXL17u).
Əlavə məlumat üçün 933 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
5 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
















.jpg)







