Vergilər ilə bağlı bəzi normativ sənədlərə dəyişiklik edilib
Vergilər nazirinin əmrilə Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin və “Dövlət rüsumu haqqında” Qanunun tələblərindən irəli gələn məsələlərin həlli, eləcə də vergi nəzarətinin səmərəliliyinin artırılması, təhlil bazasının genişləndirilməsi məqsədilə bir neçə normativ sənəddə dəyişikliklər təsdiq edilib.
“Dövlət rüsumunun tutulması haqqında hesabat”, onun 2 nömrəli Əlavəsi və tərtib edilmə Qaydaları və “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsinə Əlavə №–1”in tərtib edilməsi Qaydaları yeni redaksiyada təsdiq edilib. Yeni redaksiyaya əsasən “Dövlət rüsumunun tutulması haqqında hesabat” “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 4.7-ci maddəsində qeyd edildiyi kimi, dövlət rüsumunun tutulmasına və büdcəyə ödənilməsinə məsul olan şəxslər tərəfindən hesabat rübündən sonrakı ayın 20-dək vergi orqanına təqdim edilir.
“Ödəmə mənbəyində tutulan vergi bəyannaməsinə Əlavə №–1”in tərtib edilməsi Qaydalarına əsasən, Əlavədə qeyd olunası məlumat olmadığı halda, yəni bəyannamənin müvafiq sətrlərində göstəricilər qeyd olunmamışdırsa, Əlavə təqdim edilmir.
Hər iki Qayda haqqında ətraflı məlumatı Vergilər Nazirliyinin rəsmi internet saytı www.taxes.gov.az-dan əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
5 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir














.jpg)


.jpg)

