"Embafinans" yenidən istiqraz buraxır - ŞƏRTLƏR
"Embafinans" Bank Olmayan Kredit Təşkilatı (BOKT “Embafinans” QSC) 1,5 milyon manatlıq istiqraz buraxır.
Marja xəbər verir ki, bu emissiya hər birinin nominal dəyəri 1000 manat olan 1 500 ədəd faizli, təminatsız, sənədsiz, adlı istiqrazlardan ibarətdir.
İstiqrazlar üzrə gəlirliyin faiz dərəcəsi illik 10.5%-dir.
İstiqrazların ödənilmə müddəti buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 1 təqvim ilidir. İstiqrazlarüzrə ödənilməli olan faizlər buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən dövri olaraq hər 1 təqvim ayından bir ödəniləcəkdir. İstiqraz sahiblərinə istiqrazlar üzrə əsas məbləğin ödənişi tədavül müddətinin sonunda – ilk istiqrazın yerləşdirildiyi tarixdən 1 (bir) təqvim ili sonra həyata keçiriləcəkdir.
Yerləşdirmənin anderrayteri “ABB-İnvest İnvestisiya şirkəti” QSC-dir.
"Embafinans" istiqraz təklifinin səbəbləri - kredit məhsullarına tələbin artması fonunda istiqraz buraxmaqla daha sərfəli şərtlərlə vəsait cəlb edib əhalinin və bzines subyektlərinin kredit tələblərini təmin etmək və bazara daha rəqabətli şərtlər təqdim etməkdir.
Essiya ediləcək istiqrazlar Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix Bakı Fond Birjasının saytında investorlara açıqlanacaqdır.
BOKT “Embafinans” QSC əsasən riteyl və mikro biznes kredit bazarında fəaliyyət göstərir. Hazırki dövrdə kredit təşkilatlarına əsas təsir edən faktorlar olan valyuta riskləri və portfel keyfiyyəti kimi faktorlar BOKT “Embafinans” QSC-də qənaətbəxş idarə olunur. Belə ki təşkilatın portfelində prospektin hazırlandığı tarixə valyuta riski yaradacaq kreditlər yoxdur və kredit portfeli milli valyutada formalaşdırılmışdır. Kredit portfelinin 30 gündən çox gecikmə nisbəti göstəricisi 11% ətrafında idarə olunur.
"Embafinans" 2021-ci ildə 9 milyon 909 min manat, 2022-ci ildə isə 12 milyon 446 min manat gəlir proqnozlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
9 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
10 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)















