“Azərbaycan Beynəlxalq Bankı” dividend ödəyəcək
150 milyon manat vəsaitin dividend şəklində səhmdarlara verilməsinə qərar verilib.“2020-ci ilin dövlət büdcəsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) dövlət büdcəsinə dividend ödənməsi proqnozlaşdırılsa da, Bankın 2019-cu ildə kənar audit hesablamalarına əsasən 215,7 milyon manat xalis mənfəət əldə etməsi səbəbindən həmin məbləğdən 150 milyon manat vəsaitin dividend şəklində səhmdarlara verilməsinə qərar verilib.
Bu barədə Hesablama Palatasının “2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və büdcənin icrasına dair illik hesabata verdiyi rəydə bildirilir.
“Dövlətə məxsus səhmlərin payının 95,15% təşkil etməsi nəzərə alınaraq dövlətə çatacaq dividend məbləği 142,7 milyon manat təşkil edib. Həmin məbləğ isə “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının dövlət zəmanəti ilə buraxdığı qiymətli kağızlar üzrə yaranmış borc öhdəliklərinin əvəzləşdirilməsinə yönəldilib.
Nəticə etibarı ilə dövlət zəmanətli veksellər üzrə öhdəliklərin Təminat Fondundan icra edilməli və müvafiq məbləğdə vəsaitin Fonda bərpa edilməsi haqqında əsas borcalanla müqavilə bağlanılmalı olduğu halda, dövlət təminatlı borc üzrə vaxtı çatmış öhdəliklər dövlət büdcəsinin gəlirləri hesabına əvəzləşdirilib, ödənilmiş vəsaitin isə Fonda bərpa edilməsinə şərait yaradılmaması qənaətinə gəlməyə əsas verib.
ABB-nin yalnız 2021-ci ilin dövlət büdcəsində son illərdə ilk dəfə 120 milyon manat məbləğində dividend ödəməsi nəzərdə tutulub”, - deyə Rəydə qeyd olunub.
1500 MANAT KREDİT 49 MANAT ÖDƏNİŞLƏ!
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 1 d. əvvəl
-
- 10 d. əvvəl
- 14 d. əvvəl
-
31 d. əvvəl
Azərbaycana 4 ayda təxminən 100 milyon dollarlıq buğda idxal olunub -10 FAİZ ARTIB
- 53 d. əvvəl
-
56 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Rəsmi məzənnələr açıqlandı
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Kərə yağı idxalı azalıb, bitki yağlarının idxalı isə artıb
Ən çox oxunanlar
Süd və qaymaq idxalı 54,9% artıb
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 25 GÜN
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb







.jpg)












.jpg)



