Azərbaycanın qərbində alüminium zavodu tikiləcək - SAZİŞ İMZALANIB
“Azərbaycan Sənaye Korporasiyası” ASC, “Azəralüminium” SC və Almaniyanın "Achenbach Buschhutten" şirkəti Gəncədə birgə alüminium müəssisəsi yaradacaq.
“ASK, “Azəralüminium” və «Achenbach Buschhutten» Azərbaycanda açüminium sənayesinin inkişafı və dünya bazarında onun rəqabət qabiliyyətinin artırılması məqsədilə birgə müəssisə yaratmağı planlaşdırır. Birgə müəssisənin yaradılmasına dair ilkin saziş artıq imzalanıb. Yeni infrastrukturun Gəncədə yerləşdirilməsi planlaşdırılır”, - hökumətdən məlumat verilib.
Zavodun istehsal gücü illik 105 min ton prokat təşkil edəcək, hansı ki, avtomobil, gəmiqayırma, telekommunikasiya və digər sahələrdə fəaliyyət göstərən şirkətlərə satılacaq.
“Bu layihənin reallaşdırılması Azərbaycanda alüminium istehsalını genişləndirməyə, qabaqcıl və innovativ texnologiyaların tətbiqi ilə açüminium məmulatların buraxılmasını təşkil etməyə və satış imkanlarını şaxələndirməyə imkan yaradacaq”, - hökumətdən bildiriblər.
"Achenbach Buschhutten" şirkəti əlvan metal prokatı və alüminium ərintilərinin istehsalı üzrə mürəkkəb zavodların tikintisi və modernizasiyasında böyük təcrübəyə malikdir. Şirkət bu sahədə avadanlığın istehsalında ixtisaslaşır və dünya avtomobil sənayesində aparıcı şirkətlərlə əməkdaşlıq edir.
“Azəralüminium” SC “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin balansındadır. “Azəralüminium” SC Azərbaycan Respublikasında əlvan metallurgiya sənayesinin müəssisələrini özündə birləşdirməklə boksit filizindən alüminium-oksid, ilkin alüminium külçə və s. istehsal edir.
Prezident İlham Əliyev 6 noyabr 2017-ci il tarixində “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin yaradılması haqqında fərman imzalayıb. “Azərbaycan Sənaye Korporasiyası” dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sistemini formalaşdırmaq, dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrinin yaradılmasına və istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılmasına nail olmaq məqsədilə yaradılıb. Cəmiyyətin nizamnamə kapitalı 500 milyon manat təşkil edir.
“İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
2 d. əvvəl
“Gəncə Cihazqayırma Zavodu”nda dividend və borc məsələləri müzakirə olunacaq
-
-
1 saat əvvəl
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Danimarkanın əczaçılıq şirkətinin Azərbaycanda fəaliyyəti müzakirə olunub
-
2 saat əvvəl
Azərbaycan şirkəti Rusiyada aqropark yaradacaq - 3,4 MİLYONLUQ MÜQAVİLƏ İMZALANIB
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Azərbaycanda bağçılıq subsidiyası veriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
Nazirə yeni müşavir təyin edilib


























