Dövlət şirkətinin dollar istiqrazları üçün “Açılış Zəngi” mərasimi keçirilib
8 iyun 2026-cı il tarixində Bakı Fond Birjasında “AZƏRMAŞ GROUP” MMC-nin istiqrazlarının ticarətə buraxılması münasibətilə “Açılış Zəngi” mərasimi keçirilib.
Marja xəbər verir ki, tədbir Bakı Fond Birjasının İdarə Heyətinin sədr müavini, Baş Kommersiya inzibatçısı Oqtay Qasımovun açılış nitqi ilə başlayıb. O, çıxışında kapital bazarında maliyyələşmə və investisiya alətlərinin çeşidinin genişləndirilməsinin əhəmiyyətini vurğulayaraq, “AZƏRMAŞ GROUP” MMC-nin istiqraz buraxılışının yerli kapital bazarının inkişafına töhfə verəcəyini və investorlar üçün yeni investisiya imkanları yaradacağını qeyd edib.
“AZƏRMAŞ GROUP” MMC-nin Maliyyə məsələləri üzrə İdarə Heyətinin sədr müavini Tariyel Abdullayev çıxışında istiqraz buraxılışının şirkətin inkişaf strategiyasında mühüm mərhələ olduğunu bildirərək, bu addımın şirkətin fəaliyyətinin genişləndirilməsinə xidmət edəcəyini vurğulayıb.
“Troni İnvestisiya Şirkəti” QSC-nin Direktoru Elmidar Şirinzadə isə istiqraz buraxılışının əsas xüsusiyyətləri barədə məlumat verərək, layihənin kapital bazarının inkişafı baxımından əhəmiyyətini qeyd edib.
Qeyd edək ki, kupon dərəcəsi 9%, ilkin ticarət qiyməti 100 ABŞ dolları, tədavül müddəti 2 il və buraxılış həcmi 5 000 000 ABŞ dolları təşkil edən istiqrazların yerləşdirilməsi 8 iyun 2026-cı il tarixində həyata keçiriləcəkdir. İstiqrazlar faizli, təminatsız adlı qiymətli kağızlardır.
Tədbirin sonunda “AZƏRMAŞ GROUP” MMC, Bakı Fond Birjası və “Troni İnvestisiya Şirkəti” QSC-nin nümayəndələri istiqrazların ilkin bazarda ticarətə buraxılmasını simvolizə edən “Açılış Zəngi”ni çalıblar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
12 d. əvvəl
“AZƏRMAŞ GROUP”un istiqrazlarına 106 investordan sifariş - tam yerləşdirilib
-
-
52 d. əvvəl
Daha 10 şirkət “Startap” şəhadətnaməsi aldı - ADLARI, 3 İL VERGİDƏN AZADDIRLAR
-
59 d. əvvəl
Dövlət şirkətinin dollar istiqrazları üçün “Açılış Zəngi” mərasimi keçirilib
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına 100% əməl edə bilməyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
İyunun 9-da gözlənilən hava şəraiti
Təbriz küçəsi də yenilənir
Expressbank Mingəçevirdə təmizlik aksiyası keçirib
Ən çox oxunanlar
Hörmüzdən sonra indi də Qırmızı dəniz böhranı
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına 100% əməl edə bilməyib
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
İlk 5 ayda dövlət büdcəsinin gəlirləri 16,4 milyard manata çataraq proqnozu üstələyib, 3 milyard manata yaxın artıqlıq yaranıb
Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi keçiriləcək
























