Yahoo-ya yeni müştəri çıxıb- 5 MİLYARD DOLLAR
Dünyanın ən məşhur veb saytlarından biri özəl investorlara keçir.ABŞ-ın qlobal alternativ investisiya şirkətlərindən biri, idarəçiliyi altındakı aktivlərin həcmi 400 milyard dollardan artıq olan Apollo Global Management Inc. digər bir amerikan şirkəti, telekommunikasiya sahəsidə liderlərdən olan, 120 milyondan çox abunəçi ilə ABŞ-ın ikinci ən böyük simsiz rabitə, telekommunikasiya və internet provayderi Verizon-dan media aktivlərini almaq niyyətindədir.
Marja biznes mənbələrinə istinadən xəbər verir ki, 4-5 milyard dollar həcmində qiymətləndirilən sövdələşmə barəsində bugün rəsmi açıqlama veriləcəyi gözlənilir. Satılacaq aktivlərin arasında dünyanın ən iri veb platformalarından, axtarış sistemlərindən və xəbər və reklam provayderlərindən olan Yahoo və başqa media qurumları var.
Verizon 2015-ci ildə Amerikan xəbər portalı və onlayn xidmətlər provayderi AOL-u, 2016-cı ildə isə Yahoo-nu, həmçinin onun Alibaba Group-dakı 15% və Yahoo Japan-dakı 35% paylarını satın alaraq, bu iki media aktivinə 9 milyar dollara yaxın vəsait xərcləmişdi. Bu, həmin zamanlar bir çox iri şirkətlər tərəfindən adicə şəbəkə operatoru olmaqdansa, bütün kontentin sahibinə çevrilmək ideyasının dəstəklənməsi ilə bağlı idi. Amazon və Netflix öz rəqəmsal kontent və yayım sistemlərini yaratmış, Disney və ViacomCBS də bu prosesə qoşulmuşdular. Verizonun ən böyük rəqibi AT&T (orijinal adı: Amerika Telefon və Teleqraf şirkəti) beş il öncə həmin dövrün ən iri sövdələşmələrindən birinə imza ataraq, CNN, HBO və Warner Brothers-in sahibi Time Warner şirkətini 85 milyard dollara satın alıb.
Verizon da bazarda payını itirməmək və şəbəkəsini genişləndirmək üçün Yahoo, Aol, Huffington Post və digər aktivlərini yeni ad altında – Oath Inc. şirkətində birləşdirdi.Lakin digər bazar nəhəngləri, o cümlədən Google və Facebook ilə rəqabət apara bilməyərək, 2018-c ildə aktivlərinin nonimal dəyərini 4,6 milyard dollar azatmalı oldu. Hazırkı sövdələşmə ilə Verizon gəlirliliyi az olan aktivlərini Apollo-ya ötürmək və əsas diqqətini hazırda qlobal miqyasda 2700 şəhərdə 230 milyon nəfər abunəçiyə çatmış 5G şəbəkəsini genişləndirmək niyyyətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 18 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər







.jpg)







.jpg)






