Qlobal neft və qaz şirkətləri özünə gəlir
BP-nin ardınca Shell, Total və Equinor da birinci rübü mənfəətlə başa vura bilib.
Ötən il pandemiya səbəbindən dünya iqtisadiyyatının dayanması və enerji daşıyıcılarına tələbatın kəskin azalması fonunda əksər qlobal enerji şirkətləri ziyana məruz qalmışdılar. OPEC+ ölkələri sıfırın altına düşən qiymətləri müəyyən qədər qaldırmaq üçün qlobal hasilatda iri həcmli azaldılma öhdəliyi barədə razılığa gələ bildilər və bu mexanizm hələ də müəyyən tənzimləmələrlə davam etməkdədir. 2020-ci ilin sonlarından başlayaraq qlobal vaksin proqramının tətbiqi və bir sıra ölkələrdə aparıcı istehsal sahələrinin tədricən bərpası, həmçinin bu ilin əvvəlindən neft qiymətlərinin 30% bahalaşması enerji şirkətlərinin göstəricilərini yaxşılaşdırıb.
Marja xəbər verir ki, Avropanın iki ən böyük neft-qaz şirkəti: ingilis-holland ittifaqı Royal Dutch Shell və fransız nəhəngi Total cari ilin birinci rübünün nəticələrini açıqlayıblar.
Shellin son 3 aydakı düzəliş edilmiş mənfəəti ötən ilin müvafiq dövrü (2,9 milyard dollar) ilə müqayisədə 13% artaraq, 3,2 milyard dollar təşkil edib. Bununla da şirkət analitiklərin proqnozlaşdırdığı 3,1 milyard dollarlıq göstəricini üstələyə bilib. Müqayisə üçün, 2020-ci ilin son rübündə mənfəət cəmi 393 milyon dollar olub. Shell həm də son 6 ayda ikinci dəfə dividend ödənişlərini 4% artırıb. Xatırladaq ki, ötən ilin aprelində Shell neft qiymətlərində kəskin azalma nəticəsində İkinci Dünya Müharibəsindən sonra ilk dəfə səhmdarlara ödəyəcəyi dividendi azaltmışdı. Şirkətin səhmləri 1,3% bahalaşıb, xalis borcu 4 milyard dollar azalaraq, 71,3 milyard dollara düşüb.
Totalın ilk rübdə düzəliş edilmiş xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 69%, 2019-cu ilin ilk üç ayına nisbətən isə 9% artaraq, 3 milyard dollara çatıb. Xalis mənfəət (qrup payı) 3,34 milyon dollar təşkil edib. Şirkət hər səhmə görə dividend ödənişini sabit - 0,66 avro səviyyəsində saxlayıb. Xalis borc ötən ilin müvafiq dövrü (30,92 milyard dollar) ilə müqayisədə 3,9 milyard dollar azalaraq, 27,02 milyard dollara düşüb.
Neft-qaz sektorunun daha bir təmsilçisi - Norveçin Equinor şirkəti də dünənki açıqlamasında birinci rübdə vergi öhdəliklərindən öncəki düzəliş edilmiş mənfəətinin ötən ilin müvafiq dövrü (2,1 milyard dollar) ilə müqayisədə kifayət qədər artaraq, 5,5 milyard dollara çatdığını bildirib.
Hazırda birjalarda Brent markalı neftin bir barreli təxminən 68 dollardan satılır, Qərbi Texas markası (WTI) 64,5 dollara təklif olunur.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 32 d. əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 43 d. əvvəl
-
52 d. əvvəl
Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı
- 59 d. əvvəl
-
1 saat əvvəl
BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb
-
1 saat əvvəl
Bank sektorunda depozit və kredit portfelləri üzrə təmərküzləşmədə azalma müşahidə olunur
-
1 saat əvvəl
Mərkəzi Bank: Kredit portfelinin intensiv artım tempində azalma müşahidə olunur
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi
- 1 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Mərkəzi Bank: Sığorta sektorunun mənfəətliliyi azalıb

Hazırda Bakıda qiyməti orta səviyyədə olan bir ev almaq üçün 18,1 ilin maaşını cəmləyib ödəmək lazımdır

Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı

BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb

İraq, Özbəkistan, Türkmənistana ixrac edilir, Rusiya və Qazaxıstana da satış üçün danışıqlar aparılır
Ən çox oxunanlar

Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Xalq Bankdan Digital Card-la əməliyyatlara 20 %-dək keşbek!

Dövlət 2 bankda 300 milyon manatı depozitə yerləşdirdi

Günəbaxan yağınn qiyməti 3 ilin maksimumunu görüb
