3 karqo şirkətinə lisenziya verilib
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən muxtar respublika sakinlərinə sürətli poçt xidmətlərinin göstərilməsi məqsədilə karqo şirkətlərinə lisenziya verilməsi istiqamətində müvafiq işlər həyata keçirilir.
Marja xəbər veri ki, görülən tədbirlər sırasında növbəti addım olaraq 19 aprel tarixində “Aras Karqo”, 21 aprel tarixində “Nurlu Karqo” və 22 aprel tarixində “Etibarlı Karqo” Məhdud Məsuliyyətli cəmiyyətlərinə rabitə xidmətləri növünün sürətli poçt xidməti altnövünü həyata keçirmək üçün xüsusi lisenziyalar təqdim olunub.
Muxtar respublikada sürətli poçt göndərişlərinə lisenziyaların verilməsi muxtar respublikada karqolar arasında sağlam rəqabəti artırır ki, bu da hər bir karqo şirkətindən öz üzərində ciddi işləməyi tələb edir. Sürətli poçt xidmətlərinin göstərilməsi, xidmətlərin tarifləri, qadağan olunmuş və ya məhdudlaşdırılmış əşya və malların göndərilməsi, bağlamaların qəbulu, qablaşdırılması, göndərişlərin çatdırılma müddətləri zamanı karqo şirkətlərinin üzərinə böyük iş düşür. Vətəndaşlara daha yüksək və keyfiyyətli xidmət göstərməsinə zəmin yaradır.
Xatırladaq ki, artıq “Sürət Karqo” və “Naxçıvan Karqo” Məhdud Məsuliyyətli cəmiyyətləri də fəaliyyətlərini xüsusi lisenziya ilə həyata keçirir.
Lisenziya verilmiş karqo şirkətləri sakinləri düşünərək həm internet saytları üzərindən sürətli poçt göndərişlərinin izlənməsi, həm də sosial şəbəkələr üzərindən onlayn xidmət göstərirlər. Onlayn xidmətləri istifadəyə verməklə vətəndaşların məmnunluğunu artırmağa çalışırlar. Eyni zamanda sakinlər üçün şəxsi kabinetindən istifadə edərək saytlardan rahatlıqla istədikləri əşya və geyimləri onlayn sifariş etmək, həmçinin bağlamaların göndərilməsi və digər məlumatları görmək imkanı yaradılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 5 gün sonra
-
- 6 d. əvvəl
-
7 d. əvvəl
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
-
35 d. əvvəl
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Banklarda əhalinin müddətli əmanətləri may ayında 235 milyon manatdan çox artıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Avtomobillərin KASKO sığortasında haqlar 1,9%, ödənişlər 27,7 faiz artıb
- 2 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycan yeni tranzit sistemə qoşulmağa hazırlaşır
Mayda bank sektorunda çalışanların sayı azalıb
Ən çox oxunanlar
İyunun 26-da gözlənilən hava şəraiti
“Toxumçuluq haqqında” qanun dəyişir - Reyestr yaradılacaq
Azərbaycan Çin şirkətlərindən yeni sərnişin qatarları və vaqonları almağı planlaşdırır - 8 sərnişin qatarı və 50 vaqon
Müştərilərin hesab balansları bərpa edildi - ABB-DƏN YENİ AÇIQLAMA

























