Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Banklarda əhalinin müddətli əmanətləri may ayında 235 milyon manatdan çox artıb

AzVak-mobil_resmin_ustu_31
Banklarda əhalinin müddətli əmanətləri may ayında 235 milyon manatdan çox artıb
iç səhifə xəbər şəkil altı (mobil)_32

2026-cı ilin May ayının sonuna olan məlumata görə, bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 74.7%-i və ya 38 milyard 548.3 milyon manat. Depozit portfelinin 54.8%-i (21 milyard 122.2 milyon manat) hüquqi şəxslərin, 45.2%-i (17 milyard 426.1 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir. 

Marja.az xəbər verir ki. bu, Azərbaycan Mərkəzi Bankı "Statistik bülleten May 2026" sayında bildirilir.

Reklam_3_11

Qeyd edilib ki, fiziki şəxslərin əmanətlərinin 70.4%-i (12 milyard 264 milyon manat) milli valyutada, 29.6%-i (5 milyard 162.1 milyon manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 64.4%-i (11 milyard 215.2 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri may ayında 2.1% və ya 235.3 milyon manat artmış, tələbli əmanətləri isə 1.3% və ya 81.3 milyon manat azalmışdır. 

2026-cı ilin may ayında bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 3.1% (6 min 492 əmanətçi), ilin əvvəlindən isə 11.3% (21 min 990 əmanətçi) artmışdır. 

Hüquqi şəxslərin tələbli depozitləri 15 milyard 847.5 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 75%-ni təşkil etmişdir. 

İş elanları AzVak.az-da

25.06.2026 13:07
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 4-cü_19