Google 9 milyard dollar təzminatdan xilas ola bildi
Bu, Oracle üzərində tarixi qələbədir.ABŞ Ali Məhkəməsi dünən texnologiya nəhəngləri Google və Oracle arasında 10 ildən çox davam edən hüquqi çəkişməyə son qoyub. Marja xəbər verir ki, məhkəmə Oracle-ın Google-a qarşı qaldırdığı müəllif hüquqlarının və rəqabət qaydalarının pozulmasına görə 9 milyard dollar təzminat iddiasını təmin etməyib.
Hər iki şirkət bulud texnologiyaları sahəsində bazarda xüsusi paya malikdir və aralarında amansız rəqabət gedir. Google illərdir ki, Apple ilə texnologiya yarışında arxada qalmamaq məqsədilə özünün Android əməliyyat sisteminin tətbiqi proqram interfeysinə (API) Java proqramlaşdırma kodlarını daxil edir. Bu isə Java dili əsasında hazırlanmış bir sıra tətbiqi proqramların asanlıqla Android sistemində yerləşdirilməsinə imkan verirdi.
ABŞ-ın və dünyanın ən böyük proqram təminatçılarından biri Oracle Korporasiyası 2009-cu ildə Java proqramlaşdırma dilinin sahibi Sun Microsystems-i aldıqdan sonra Google-dan bu tətbiqi proqramın imkanlarından istifadəyə görə ödəniş tələb etmişdir. Google isə Java kodlarından tam ədalətli şəkildə və yalnız məhdud çərçivədə istifadə etdiyini əsas gətirərək, əlavə ödəniş etməkdən boyun qaçırır. Nəticədə iki nəhəng arasında illərdir davam edən çəkişmə ABŞ Ali Məhkəməsinin bazarda balansı saxlamaq məqsədilə verdiyi qərarla yekunlaşıb.
Məhkəmə qərarını bununla əsaslandırıb ki: “Google yalnız onun proqramçılarına uzun illər boyu toplanmış təcrübələrini yeni və keçici proqramlarla işləmək üçün tətbiq etməsi məqsədilə müəyyən kodlardan istifadə edib”. Həmçinin, məhkəmə öz qərarında göstərib ki, Oracle-ın müəllif hüquqlarına məcburi əməl edilməsi mexanizmini tətbiq etmək ictimai istifadəçilər üçün risk yaradır, eləcə də yeni proqramların gələcək kreativliyini məhdudlaşdırır. Bu isə Oracle-a digərləri üzərində haqsız rəqabətdə üstünlük yarada bilər.
Oracle-ın həmtəsisçisi, sədri və baş texnologiya direktoru Larry Ellison məhkəmənin qərarını şərh edərək, hələ 2018-ci ildə dediyi sözləri xatırladıb: “Biz Google-la əməkdaşlıq etmirik, çünki biz onunla rəqabət aparırıq”.
Google cavabında Oracle-ın maliyyə proqram təminatından istifadəni və buna görə etdiyi ödənişi dayandırdığını və növbəti həftələrdən SAP maliyyə proqramına keçəcəyini bəyan edib. Xəbərin ardınca Oracle-ın səhmləri cüzi ucuzlaşıb, SAP-ın səhmləri isə əksinə, 4,8% dəyər qazanıb.
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
6 saat əvvəl
Artıq iri plitələr qopmayacaq! - “Matanat A”dan yeni yapışdırıcı
-
-
10 saat əvvəl
“Gəncə Cihazqayırma Zavodu”nda dividend və borc məsələləri müzakirə olunacaq
-
11 saat əvvəl
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Danimarkanın əczaçılıq şirkətinin Azərbaycanda fəaliyyəti müzakirə olunub
-
12 saat əvvəl
Azərbaycan şirkəti Rusiyada aqropark yaradacaq - 3,4 MİLYONLUQ MÜQAVİLƏ İMZALANIB
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Artıq iri plitələr qopmayacaq! - “Matanat A”dan yeni yapışdırıcı
Qızıl kreditini bu banka gətirənlərə endirim var
AccessBank QSC taksi xidməti tenderi elan edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı

















.jpg)







