"Meyvənin bir kiloqramını 40 qəpiyə satırıq"
Ermənistan silahlı bölmələrinin Tərtər rayonunun yaşayış məntəqələrini artilleriya atəşinə tutmasına baxmayaraq, təsərrüfat işləri davam etdirilir. Hazırda tərtərli torpaq mülkiyyətçiləri bağlarda xurma yığımını həyata keçirirlər. İstehsal edilən məhsul yerli bazarlara, habelə Rusiya və Ukrayna bazarlarına göndərilir.
Tərtər rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, bağçılıq və meyvəçilik rayonda əhalinin əsas məşğuliyyət növlərindəndir. Bu sahədə xurma xüsusi yer tutur. Xurma ağacının məhsuldar və xəstəliklərə davamlı olması, ən əsası isə satış bazarının mövcudluğu bu sahəyə marağı artırır. Odur ki, tərtərli torpaq mülkiyyətçiləri hər il xurma bağlarını genişləndirirlər. Hazırda rayon ərazisində 450 hektardan çox xurma bağı var ki, onun da çoxu barverəndir. Kəndli fermerlər əsasən xurmanın “Şişburun” və “Karalyok” növlərinin əkilməsinə üstünlük verirlər. Həm ölkə bazarlarında, həm də şimal qonşularımız olan Rusiya və Ukrayna bazarlarında hər iki növdən olan xurmaya tələbat böyükdür.
Rayonun xurma istehsalı ilə məşğul olan yaşayış məntəqələrindən biri də Səhləbad kəndidir. Kənd sakini Rəfail Bayramov deyib: "Düşmən hər gün kəndimizi artilleriyadan atəşə tutur. Evlərə, təsərrüfatlara ziyan dəyir. Mərmilərdən beşi də bizim bağımıza düşərək partlayıb. Nəticədə 13 meyvə ağacı məhv olub. Bu isə xeyli məhsul itkisi deməkdir. Buna baxmayaraq gördüyünüz kimi, meyvə yığımını davam etdiririk. Meyvənin bir kiloqramını 40 qəpiyə satırıq".
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























