Azərbaycanda ilk dəfə “Peşəkar Boks Gecəsi" keçirilib
(®️) Ötən həftə “Nar”ın dəstək olduğu “Baku Fight Lab” boks klubunun təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə “Peşəkar Boks Gecəsi” keçirilib. Azərbaycan Peşəkar Boks Federasiyasının lisenziyası əsasında keçirilən tədbir Azərbaycan boksçularının beynəlxalq arenada tanıtımı məqsədi daşıyır.
“Boks gecəsi”ndə 16 peşəkar boksçu ümumilikdə 8 döyüş keçirib. Döyüşlərdə peşəkar rinqdə təcrübəsi olan boksçularla yanaşı, həmçinin həvəskar karyerasında böyük nailiyyətlər qazanmış və peşəkar rinqdə debüt edən idmançılar da iştirak edib.
“Peşəkar Boks Gecəsi” çərçivəsində keçirilən bütün görüşlərin nəticələri beynəlxalq boks statistikasında nəzərə alındığına görə hər bir qalibiyyət boksçunun gələcək karyerasında bir pilləyə çevrilir. Azərbaycan Peşəkar Boks Federasiyasının prezidenti Artyom Həsənovun, 1-ci vitse-prezidenti Fərhad Acalovun və baş katibi Orxan Muxtarovun, eləcə də Azərbaycanın ilk və yeganə peşəkar boks promouteri Ziya Əliyevin xüsusi əməyi nəticəsində Azərbaycan ilk peşəkar boks gecəsi yüksək səviyyədə təşkil edilib.
Boks həvəskarları və “Baku Fight Lab” boks klubunun azarkeşləri Boks gecəsini sentyabr ayının 18-i saat 21:00-da “CBC Sport” telekanalında izləyə biləcəklər.
Mövcud pandemiya səbəbindən tədbir açıq hava məkanında, tamaşaçılar olmadan, xüsusi karantin rejiminin bütün tələblərinə uyğun olaraq və zəruri təhlükəsizlik qaydalarına riayət olunmaqla keçirilib.
Qeyd edək ki, mobil operator “Nar”la yanaşı, “Peşəkar Boks Gecəsi”nin keçirilməsinə Azərbaycanda "Zontes" motosikletlərinin satışı və xidməti ilə məşğul olan "Zontes Baku", müxtəlif idman növlərinin inkişafında mühüm rol oynayan, həvəskar idmana peşəkar yanaşma devizi ilə çalışan "Azfar Group" və “İydə” parfümeriya evi də dəstək olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
5 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
















.jpg)







