Maliyyə bazarlarında son vəziyyət
EUR.
Beynəlxalq valyuta birjalarında 1.19$-ın altında ticarət edilən EURUSD məzənnəsinin sonuncu tendensiyası bahalaşma istiqamətindədir. Bu, 1.19$-ın qırılması ilə nəticələnərsə, bahalaşmanın 1.20$-a kimi də davam edəcəyi proqnozlaşdırılır.
Bununla yanaşı, investorlar üçün bu həftə Avrozonanın sənaye və xidmət sektorlarına dair dərc ediləcək önəmli fundamental göstəricilər də önəmli olacaqdır.
GBP.
İngiltərədə qəbul edilən yeni ticarət qanunu, AB ilə Breksit ticarət sazişi müzakirələri fonunda qeyri-müəyyənliyi daha da artırıb. Qanun xüsusilə Şimali İrlandiya mövzusunda qarşıdurmanı alovlandırır.
Lakin texniki təhlillərə əsasən, hazırda 1.29$-da dəstək görərək bahalaşan GBPUSD məzənnəsi, 1.30$-ın qırılması ilə 1.32$-a kimi bahalaşa bilər.
Çərşənbə günü Avrozonadan olduğu kimi İngiltərədən də sənaye və xidmət sektorlarına dair önəmli göstəricilər açıqlanacaqdır.
TRY.
USDTRY məzənnəsi Türkiyədə inflyasiyanın artması amili fonunda bahalaşmaqdadır. Təhlillərə əsasən, məzənnə 7.56TL-nin üzərində qalarsa, bahalaşma 7.62TL-yə kimi də davam edəcəyi proqnozlaşdırılır.
Cümə axşamı saat 15:00-da TCMB tərəfindən açıqlanacaq faiz qərarı da məzənnəyə təsiri baxımından diqqət mərkəzindədir.
OIL.
Foreks bazarlarında dolların ucuzlaşması, neft qiymətlərinin dəyər qazanmasına səbəb olur. Hazırda korreksiya edən bir barel Brent neftinin qiyməti, 44$-ı qırarsa, bahalaşma yenidən 45$-a kimi də sürətlənə bilər.
Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft və benzin ehtiyatları ilə göstəricilər də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD.
Əlvan metallar bazarlarında da qızılın qiyməti 1933$-da (62.2 $/qram) dəstək görməkdədir. Hazırda korreksiya edən qiymətin, 1959$-ın (63 $/qram) qırılması ilə 1977$-a (63.6 $/qram) kimi də dəyər qazana biləcəyi proqnozlaşdırılır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
1 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
1 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
3 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 3 saat əvvəl
-
3 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























