Avronun qiymətində bahalaşma başlayıb
Beynəlxalq valyuta birjalarında avronun qiymətində bahalaşma başlayıb. Bunun əsas səbəbi isə Avrozonada yenidən inflyasiyanın arta biləcəyinin proqnozlaşdırıılmasıdır.
Eyni zamanda, cümə axşamı Amerika iqtisadiyyatına dair fundamental göstəricilərin də zəif dərc edilməsi, sözügedən tendensiyaya dəstək olmaqdadır. Avronun bahalaşması ilə yanaşı, GBP/USD məzənnəsində də bahalaşma müşahidə edilir.
Beləliklə, foreks bazarlarında dolların ucuzlaşması və FED-in yumşaq monetar siyasətini daha da genişləndirə biləcəyinə dair açıqlamaları, əlvan metallar bazarlarında qızılın bir unsiya üzrə qiymətinin də dəstək görməsinə səbəb olur.
Təhlillərə əsasən, avro 1.19$ önəmli müqavimət səviyyəsini qıra bilər. Funtun 1.30$ müqavimət səviyyəsini qırması önəmli olacaqdır. Qızılın qiyməti isə 1960$-ın üzərində möhkəmlənərsə, 1974$-a kimi bahalaşa bilər.
Bu gün Bakı vaxtı ilə saat 10:00-da İngiltərədən pərakəndə satış dövriyyəsi və Almaniyadan istehsal inflyasiyası ilə bağlı göstəricilər investorların diqqət mərkəzində olacaqdır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
30 d. əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
46 d. əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
50 d. əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
2 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























