"İnflyasiya 2%-ə çatana qədər faizlər dəyişməyəcək"
ABŞ Mərkəzi Bankının sədri Jerome Powell, Federal Açıq Bazar Komitəsinin (FOMC) Sentyabr yığıncağının ardından mətbuat konfransında çıxış edib.
Marja xəbər verir ki, Fed sədri, inflyasiyada 2% hədəfinə çatana və bu səviyyənin üzərində möhkəmlənənə qədər faizlərdə dəyişiklik olmayacağını söyləyib.
İqtisadi aktivliyin son aylarda artdığını ancaq pandemiya əvvəli səviyyələr ilə müqayisədə aşağı olduğunu vurğulayan Powell, əhalinin xərcləmələrinin üç ay azalmanın ardından yığışdığını ifadə edib.
Maliyyə təşviqlərinin gəlirlərə zamanında dəstək təmin etdiyini vurğulayan Fed sədri, iqtisadi yaxşılaşmanın gözləniləndən sürətli olduğunu söyləyib. Şirkətlərin investisiyalarında da yaxşılaşma işarələri görüldüyünü əlavə edib.
İşsizlik nisbətinin hələ yüksək olduğunu vurğulayan Powell, "Böhran geridə qaldığında təcili vəziyyət "silahlarımızı" yerə qoyacağıq" deyib.
Kredit axışının davam etməsini təmin etmənin həyati əhəmiyyət daşıdığına diqqət çəkən Fed sədri, yaxşılaşma üçün maliyyə təşviqləri və monetar dəstəyin davam etməsi lazım olduğunu dilə gətirib.
Powell, böyük bir ehtimalla daha çox maliyyə təşviqi lazım olacağını söyləyib. Powellə görə, gözlənilən maliyyə təşviq paketinin detalları qeyri-müəyyəndir. Maliyyə təşviqinin olmaması vəziyyətində isə aşağı istiqamətli risklər meydana gələ bilər.
Powell, son 60 gündə iqtisadiyyatın gözləniləndən daha sürətli toparlandığını, ancaq bu sürətli yığışmanın davam edəcəyindən əmin olmadığını söyləyib.
Powell, inflyasiyanın zaman ərzində 2% olmasını gözlədiklərini bildirib. "Maksimum məşğulluğa yaxınlaşdıqca inflyasiyanın geri qayıdacağına inanırıq", -deyə əlavə edib.
"Fed-in edə biləcəyi daha çox şey var. Sursatımız bitməyib", - Fed sədri deyib.
Xəbər verdiyimiz kimi, Fed sentyabr yığıncağında faizlərində dəyişiklik etməyərək 0 - 0.25% aralığında saxlayıb. Fed-in rəsmi şəxsləri 2023-cü ilə qədər faizlərdə dəyişiklik olacağını gözləmirlər. 17 rəsmidən 13-ü 2023-cü ilə qədər faiz dəyişikliyi gözləmir.
Fed-in faiz qərarından və açıqlamalardan sonra Dollar mühüm valyutalar qarşısında bahalaşıb. Bakı vaxtı ilə 08:50-də Avro/Dollar məzənnəsi 0,5% mənfidə olmaqla 1.1757 səviyyəsində əməliyyat olunub (Avro ucuzlaşıb, Dollar bahalaşıb).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
5 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























