Daha iki yeni qatar xəttə buraxılıb
Müasir qatarların sayı 15-ə çatdırılıb“Bakı Metropoliteni” QSC-nin yaydığı məlumata görə, İyun ayında Rusiyadan Bakıya gətirilmiş daha iki müasir tipli qatarın “Nərimanov” elektrik deposunda sazlanması, tənzimlənməsi və sınaqları başa çatdırılaraq xəttə buraxılıb. "Transmaşholdinq" Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan "Metrovaqonmaş” müəssisəsinin istehsalı olan 81-765.B/766.B seriyalı hərəkət tərkibləri Yaşıl xətt üzrə hərəkət edəcək.
Qeyd edək ki, 2019-cu ilin oktyabr ayında "Metrovaqonmaş”la bağlanmış müqaviləyə əsasən, 2020-2022-ci illər ərzində Bakı metropoliteninə, hər il 20 vaqon olmaqla, ümumilikdə, 60 yeni vaqon gətirilməlidir. Beləliklə, 2020-ci il ərzində gətirilməsi nəzərdə tutulmuş və texnoloji innovasiyalar baxımından 4-cü nəslə mənsub olan 4 yeni qatar artıq sərnişindaşıma prosesinə cəlb olunub. İlk iki belə qatar iyun ayının 29-dan xətdə işləyir.
Beləliklə, Bakı metropoliteninin lokomotiv parkındakı ən müasir tipli qatarların sayı 15-ə çatdırılıb.
Yeni vaqonlar məhz Bakı metropoliteninin texniki tələblərinə uyğun istehsal olunub. Qatarlar Bakının iqlim şəraitinə hesablanmış kondisioner sistemi avtomatik tənzimlənən mikroiqlim nəzarəti sistemi ilə təchiz edilib. Bu sistem, eləcə də ultrabənövşəyi lampalar vaqon salonunda havanın zərərsizləşdirilməsi funksiyasını da yerinə yetirir. Həmçinin tambursuz konstruksiya istilik izolyasiyasının effektini artırmaqla, havanın salonlarda bərabər paylanmasına xidmət edir.
Yeni qatarların baş vaqonları 38, orta vaqonları 44 oturacaqlıdır. Ümumilikdə baş vaqonlar 315, orta vaqonlar 329 sərnişin tutumuna malikdir. Vaqonlar arasında birbaşa keçidlər var. Bu, sərnişin salonunun 15 faiz genişlənməsinə, nəticədə, daha çox sərnişin daşımağa, sərnişinlərin qatar boyunca rahat hərəkət etməsinə və bərabər paylanmasına şərait yaradır. Vaqonlarda ayaq üstə dayanan, iri yük və uşaq arabaları ilə hərəkət edən sərnişinlər üçün çoxfunksiyalı zonalar, baş vaqonlarda maşinist kabinasının arxasında olmaqla əlil arabaları üçün yerlər, mobil cihazları enerji ilə yükləmək üçün USB portlar var. Salon qapıları əvvəlki nəsil vaqonları ilə müqayisədə daha enlidir. Bu isə sərnişinlərin daha sürətli minib-düşməsini təmin edir. Ümumilikdə, yeni qatar tərkibləri sərnişin təhlükəsizliyi və rahatlığı baxımından ən müasir yenilikləri, o cümlədən Bakı metropoliteninin infrastruktur tələblərini özündə ehtiva edən sistem və avadanlıqlarla təchiz olunub.
Qeyd edək ki, “Bakı Metropoliteni” QSC Rusiyanın “Transmaşholdinq” Səhmdar Cəmiyyətindən 2015-ci ildə 15, 2018-cı ildə 10, 2019-cu ildə 30, 2020-ci ildə isə 20 yeni tipli vaqon alıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 3 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər







.jpg)









.jpg)




