Salyanda ilk dəfə salınan qoz bağı məhsul verib
Salyan rayonunda 3 il əvvəl ilk dəfə salınan qoz bağı məhsul verib. Qoz bağının məhz Salyanda salınmasının məqsədi Muğan-Aran rayonlarında bu sahənin inkişaf etdirilməsidir.
Fermerlər tərəfindən rayonun Ərəbqardaşbəyli kəndində salınan bağdakı ağac tingləri Türkiyədən gətirilib və əvvəlcə sınaqdan keçirilməsi üçün həyətyanı sahələrdə əkilib. İki il aparılan sınaqlar nəticəsində tinglərin bol məhsul gətirdiyini görən təsərrüfat sahibləri bu sahəni genişləndirmək qərarına gəliblər. Bağ salmaq məqsədilə kənd ərazisində 4,5 hektar torpaq sahəsi götürülərək qoz bitkisi üçün yararlı hala salınıb.
Ərəbqardaşbəyli kəndinin bələdiyyə sədrinin müavini Zülfüqar Ağayev deyir ki, bağda Türkiyədən gətirilmiş 1500-ə yaxın qoz tingi əkilib: “Ağaclar məhsuldardır, damlama üsulu ilə suvarılır. İlkin bar verib. Növbəti illərdə məhsul gözləyirik. Bağda 5-6 adam çalışır, ağaclara quluq olunur. Məhsuldarlıq artarsa, burada əhalinin köməyindən də istifadə etmək nəzərdə tutulur”.
İqlim şəraitinə uyğunlaşan yeni qoz ağacları yerli qozlardan bir sıra üstün keyfiyyətləri ilə fərqlənir. Belə ki, yumşaq qabığa, tərkibindəki yağ və yodun keyfiyyətinə görə digər sortlardan seçilir. Bundan başqa, yerli qoz ağacları 5-6 ilə, yeni sort qoz ağacları isə 2-3 ilə bar verir. Gələcəkdə məhsuldar tinglərin ərazidə yayılması və yeni qoz bağlarının salınması da nəzərdə tutulub. Salyanda ilk dəfə salınan qoz bağı bu gün bir çox yerli fermerin marağındadır.
Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin böyük məsləhətçisi Şəhriyar İsgəndərovun sözlərinə görə, artıq fermerlər qoz bağlarının salınmasına böyük maraq göstərirlər. “Baxmayaraq ki, bu bitki Salyan üçün xarakterik sayılmırdı, amma indi maraq artıb. Onu da qeyd edim ki, yeni salınmış qoz bağlarında müasir suvarma üsulundan istifadə olunur. Bu da həm məhsuldarlığa, həm də suyun itkiyə getməməsinə səbəb olur”, - deyə o qeyd edib.
Mütəxəssislər bildirirlər ki, üçüncü-dördüncü ilində 70 kiloqrama yaxın məhsul gətirən bu tinglərdən 7-8 il ərzində 250-300 kiloqrama yaxın məhsul toplamaq mümkündür. Bol məhsul toplanandan sonra qozların yerli və xarici bazarlara çıxarılmasına başlanılacaq.
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 5 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər














.jpg)







