Metronun açılması ilə bağlı müzakirələr aparılır
“Metropolitenin fəaliyyəti ilə bağlı məsələ müzakirə mövzusudur. Bununla bağlı müzakirələr hazırda davam etdirilir”.
Bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, bununla bağlı ölkə ictimaiyyətinə məlumat veriləcək.
H. Hacıyev deyib ki, bu günkü yumşalmalar hər kəsi sevindirir: “Amma açılmalarla, yumşalmalarla əlaqədar müəyyən artımlar baş verə bilər. Bəzi yerli klastrlarda artımlar meydana çıxır. Bu kimi hallar bizi ehtiyatlı olmağa vadar edir. Məsələn, bu günlərdə Şirvan şəhərində xəstəxanada belə bir ocaq aşkarlandı və lokal karantin mexanizminin tətbiqinə üstünlük verildi. Bu, onu göstərir ki, virusun hər zaman müəyyən klastrlarda alovlanması baş verə bilər”.
Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, məktəblərin açılması da bir valideyn kimi hamını sevindirir: “Ancaq hamının qaydalara riayət etmək öhdəliyi var”.
H. Hacıyev nəzərə çatdırıb ki, Bakı, Sumqayıt şəhərləri Abşeronda məhdudiyyətlər advam edəcək: “Bu məntəqələrdə yayılma tendensiyası daha yüksək səviyyədədir. Bu da rayonlararası əlaqələrə təkrar baxılmasını gündəmə gətirir. Metropilitenin fəaliyyəti də müzakirə mövzusudur. Məktəblərin açılması ilə əlaqədər tələbə və şagirdlərin metrodan istifadəsi ilə bağlı metropolitenin açılması müzakirə olunur, potensial risklər qiymətləndirilir. Bu barədə qərarlar qəbul ediləndə ölkə ictimaiyyətə məlumat veriləcək".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!

























