Azərbaycanda Lada-ları satan şirkət qazancını açıqladı
Rusiyanın "AvtoVAZ" Konserninin Azərbaycanda rəsmi idxalçısı “Xəzər Lada” ASC bu ilin 1-ci yarısını 119 min manat xalis mənfəətlə başa vurub.
Şirkətin maliyyə hesabatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 70,25% və və yaxud 3,4 dəfə azdır.
6 ay ərzində "Xəzər-Lada"nın gəlirləri 7 milyon 788 min manat (illik müqayisədə 11,5% az), xərcləri 7 milyon 236 min manat (12,8% az), məzənnə fərqindən zərəri 427 min manat (1 il bundan əvvəl olmayıb), mənfəət vergisi ödəmələri isə 6 min manat (93,75% az) təşkil edib.
Bu il iyulun 1-nə "Xəzər-Lada"nın aktivləri 16 milyon 12 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 1,9% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 6,3% azalaraq 6 milyon 317 min manata düşüb, balans kapitalı isə 1,1% artaraq 9 695 min manata çatıb.
Xatırladaq ki, "Xəzər-Lada" şirkəti 1990-cı ildə yaradılıb, Rusiyanın "Avto-VAZ" şirkətinin istehsal etdiyi avtomobillərin Azərbaycanda satışı ilə məşğuldur. Onun nizamnamə kapitalı 445,8 min manatdır. Şirkətin səhmlərinin 30%-i Aleksandr Nikiforova, 29,8%-i Lyudmila Nazarenkoya, 19,4%-i Fəxrəddin Qasımzadəyə ("Xəzər-Lada"nın hazırkı prezidenti), 12,6%-i Naməddin Qasımzadəyə, 8,2%-i 147 fiziki şəxsə məxsusdur.
"Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
-
13 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























