İllik ehtiyac 5 milyon ədəddir, böyük hissəsi xaricdən gətirilir
Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun (ETİ) Qubadakı təcrübə sahəsində avqustun 15-dən calaq işlərinə başlanılıb.
Tinglik sahəsində əsasən gilas, albalı, badam, şaftalı, nektarin, gavalı və alçanın “T” şəkilli göz calağı aparılır. Meyvələrin calaqaltıları Türkiyədən gətirilib və yüksək məhsul vermə qabiliyyətinə malikdir. Həmin meyvə ağaclarına bazarda tələbat yüksəkdir. Sahədə calaq vurma prosesi sentyabrın 20-dək davam edəcək.
Meyvəçilik və Çayçılıq ETİ-nin şöbə müdiri Abbas Hacıyev bildirib ki, tinglərin sahələrə köçürülməsinə bir il sonra başlanılacaq. Bu üsulla əldə edilən tinglər xarici ölkədən idxal olunanlarla müqayisədə xəstəliklərə daha çox dözümlüdür.
Bununla yanaşı, xaricdən gətirilən bəzi tinglərdə virus və bakteriya mənşəli xəstəliklər aşkar edilir. Qarşıya qoyulan əsas məqsəd ölkəmizdə virusdan azad əkin materiallarının yetişdirilməsidir.
Azərbaycanda il ərzində, ümumilikdə, 5 milyon ədəd tumlu və çəyirdəkli meyvə tinginə ehtiyac var ki, bunun da böyük hissəsi xaricdən gətirilir. Meyvəçilik və Çayçılıq ETİ-nin yeni biotexnologiya laboratoriyası yaradıldıqdan sonra qarşıya qoyulan məqsəd ilk 3 il ərzində illik ting istehsalını 2 milyon ədədə çatdırmaqdır. Bu da xaricdən ting idxalının qarşısını böyük ölçüdə alacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























