Göllərin suyu Baş Muğan kanalına vurulur
Ölkəmizdə suvarma suyunda yaranan problemin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir. İmişlidəki antropen göllərdən Baş Muğan kanalına qısa müddətdə 3,5 milyon kubmetr su vurulub. Nəticədə İmişli, Saatlı və Sabirabadın əkin sahələrində suvarma işləri daha da yaxşılaşıb.
Görülən işlərlə tanış olmaq məqsədilə İmişliyə gələn Melorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev açıqlamasında bildirib ki, son 3 ildə ölkə ərazisində olan çaylarda su azlığı müşahidə edilir. Bu da öz növbəsində əkinçilikdə suvarma işlərinə təsir göstərir. Bu kimi problemlərin aradan qaldırılması üçün Prezident İlham Əliyevin tapşırığına əsasən respublikada suyun idarə edilməsi ilə bağlı Dövlət Komissiyası yaradılıb. Məqsəd ölkə ərazisində yerləşən su ehtiyatlarından səmərəli istifadə olunmasıdır.
“Görülən işlərin davamı olaraq İmişli rayonu ərazisində yerləşən göllərə baxış keçirildi və həmin su mənbələrindən suvarma işləri üçün istifadə etmək məqsədə uyğun sayıldı. Göl üzərində yerləşən üzən nasos stansiya vasitəsi ilə avqustun 3-dən Baş Muğan kanalına su vurulur. Səkkiz gündə Baş Muğan kanalına 3,5 milyon kubmetr su nəql edilib və kanal boyunca yerləşən, su çatışmazlığından əziyyət çəkən əkin sahələrinin su təminatı yaxşılaşıb. Görülən işlər xüsusilə də İmişli və Saatlı, qismən də Sabirabad rayonlarının pambıq tarlalarında suvarma işlərinə müsbət təsir göstərib. Ümumiyyətlə, vurulan su hesabına həmin rayonlarda 5 min hektar sahənin suvarılması yaxşılaşıb”, - deyə ASC-nin sədr müavini əlavə edib.
Zakir Quliyev bildirib ki, ölkə rəhbərliyinin tapşırığına əsasən son vaxtlar suvarmada olan çətinliklə bağlı məsələ xüsusi diqqətdə saxlanılır. Daxil olan müraciətlər ASC tərəfindən araşdırılır, növbəlilik prinsipinə uyğun olaraq çətinliklər aradan qaldırılır.
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























