Qlobal iqtisadi tərəddüdlər dollara olan tələbi artırır
Beynəlxalq maliyyə bazarlarında dolların aparıcı valyutalarına nisbətən qiymətləri Amerikanın fond indeksinin ucuzlaşdığı bir vaxtda bahalaşır. Belə ki, "SP500" indeksi bazar ertəsi tarixi maksimum səviyyəsini yenilədikdən sonra ucuzlaşmağa başlayıb. 3326 dəstək səviyyəsinə yaxın ticarət edilən "SP" indeksi üzrə proqnozlar da günbəgün bədbinləşir.
"SP" indeksi özündə Amerikanın iqtisadi önəmli şirkətlərinin səhm qiymətlərini əks etdirir. Burada ucuzlaşma alternativ investisiya aləti kimi dollara olan tələb də artır. Dolların aparıcı valyutalara nisbətən orta qiymətini ölçən dollar indeksi isə 1% bahalaşaraq, son üç həftənin maksimum səviyyələrində - 93.91 punktda dalğalanır. Təhlillərə əsasən, dollar 94 punktun üzərində möhkəmlənərsə, 95 və 96.30 punkta kimi də bahalaşa bilər. Dolların ucuzlaşması, EUR/USD və GBP/USD məzənnələrinin də korreksiyasına səbəb olmaqdadır.
Dünyada Korona böhranı ilə mübarizədə Avropada daha yaxşı vəziyyətdə olmasına və bu səbəbdən də son günlər avroya olan tələbin artmasına baxmayaraq, payız aylarına dair qeyri-müəyyənliyin yenidən artması şəraitində avro ilə müqayisədə güvənli liman maliyyə aləti kimi dollara olan tələb daha yüksəkdir. Breksit ticarət sazişi danışıqları fonunda qeyri-müəyyənliyin artması da funt/dollar məzənnəsində korreksiyanın dərinləşəcəyi proqnozlarını artırır.
Bununla yanaşı, dollara olan tələb əlvan metallar bazarlarında qızılda müşahidə edilən korreksiya ilə daha da arta bilər. Qızılın bir unsiya üzrə qiyməti 2075$ ilə tarixi rekord maksimum səviyyəsini yenilədikdən sonra korreksiyaya başlayıb. Qiymət 1930$-ın altında qaldıqca, 1856$-ın qırılması ilə 1807 və 1757$-a kimi də ucuzlaşa bilər.
Bu gün Bakı vaxtı ilə saat 10:00-da İngiltərənin iqtisadi inkişaf, xarici ticarət dövriyyəsi və sənaye dövriyyəsi və saat 16:30-da Amerikanın inflyasiya səviyyəsinə dair dərc ediləcək önəmli göstəricilər də investorlar tərəfindən böyük maraqla gözlənilir.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
4 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)




