Bakıda Yeni Changan avtosalonu açıldı
(®️) 3 Avqust tarixində Bakıda tam yeni nəfəsi və yenilənmiş modelləri ilə yeni Changan avtosalonunun təqdimatı həyata keçirilib. Təqdimat pandemiya dövründə izolyasiya qaydalarına riayət edərək onlayn qaydada, canlı yayım şəklində baş tutub. Təqdimat DJ Tural, Orxan Aslanov, Arzu Cəlili, Fəxri Əsədov kimi öz sahələrinin məşhur simaların, müxtəlif şirkət rəsmilərinin iştirakı ilə ərsəyə gəlib.
Azərbaycan bazarına müəyyən fasilədən sonra geri dönən Changan tam olaraq yenilənmiş və üstün konseptlə atıq müştərilər üçün açıqdır. Brendin bazara yenidən daxil olması, daha eleqant və yuxarı kateqoriya avtomobillərin təqdim etməsi, innovativ texnologiyaların təklif olunması hazırda şirkətin əsas prioritetlərini təşkil edir.
Qeyd edək ki, Changan brendi Mercedes və Skoda avtomobillərinin Azərbaycandakı rəsmi nümayəndəsi olan "SR Group" şirkətlər qrupunun dəstəyi və peşəkar komandası ilə xidmətinizdədir.
Onlayn təqdimat zamanı 6 yeni Changan modeli təqdim olundu. Demək olar ki, bütün avtomobillər bundan əvvəl ölkəyə gətirilən modellərdən tamamilə fərqlənir və üstündür. Daha cəlbedici dizayn, daha üstün texnologiyalar, daha keyfiyyətli və müasir avtomobillərin istehsalı və satışı nəinki Azərbaycanın, ümumilikdə müasir Changan brendinin əsas strategiyasıdır. Hal-hazırda Changan Çinin ən böyük avtomobil istehsalçısıdır və ildə 3 milyondan artıq avtomobil istehsal edir. Bununla da həm avtomobillərin keyfiyyəti və texnologiyaları, həm də model sırası artır. İzləyicilər ölkəyə ilk dəfə gətirilən Changan CS15, CS75 Plus, CS85 və CS95 SUV tipli modellərini, habelə Eado DT sedan və F70 pikap modeli ilə tanış ola bildi.
Changan avtomobil salonu artıq öz müştətilərini qəbul etməyə hazırdır. Avtosalon Babək prospekti 74 ünvanında yerləşir. Avtomobillərlə tanış olmaq üçün salona yaxınlaşa yaxud changan.az saytı vasitəsilə bütün məlumatı əldə edə bilərsiniz. Elə bizim sosial şəbəkələrə yaxud *5544 telefon nömrəsi ilə əlaqə saxlamaqla bütün suallarınıza cavab tapa bilərsiniz. Hər birinizi bu möhtəşəm modellərlə yaxından tanış olmağa dəvət edirik.
Sizə təqdimatın videoyazısını təqdim edirik:
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 10 saat sonra
-
-
5 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 11 saat əvvəl
-
12 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























