Foreks bazarlarında dollarda bahalaşma güclənib
Amerika mərkəzi bankının maliyyə bazarlarında likvidliyin artmasına xidmət edəcək yeni proqramı fonunda foreks bazarlarında dollarda bahalaşma güclənib.Beynəlxalq valyuta birjalarında dolların qiymətlərində müşahidə edilən bahalaşma, iyun ayının əvvəlindən başlayan bahalaşmanın ardı-ikinci dalğasıdır. Təhlillərə əsasən, dollar indeksi əlavə olaraq, 0.9% dəyər qazana bilər. Onu da qeyd etmək lazımdır ki, son bahalaşmaya səbəb bazar ertəsi Amerika Mərkəzi Bankının (FED) yeni maliyyələşmə proqramı olub. FED may ayından etibarən başlatdığı istiqraz alışı proqramına pandemiyadan öncə kredit reytinqi yaxşı olan şirkətlərin də istiqrazlarını əlavə edib.
Hazırda dolların bahalaşması fonunda avro/dollar və funt/dollar məzənnələri də təzyiq altındadır və ucuzlaşmaqda davam edəcəkləri proqnozlaşdırılır. Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 10:00-da İngiltərədən iqtisadi inkişaf və saat 13:00-da Avrozonadan inflyasiyaya dair açıqlanacaq önəmli fundamental göstəricilər də diqqət mərkəzində olacaqdır. ABŞ-dan saat 18:00-da dərc ediləcək istehlak bazarı ilə bağlı göstəricilər də böyük maraqla gözlənilməkdədir.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
4 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
4 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
5 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)




