Qızılın qiyməti daha da yüksələ bilər
Avropa Birliyi zirvə toplantısı öncəsi avronun qiymətində son günlərin korreksiyası davam etməkdədir və qərarlar yanaşı, biznes aktivliyi göstəriciləri də diqqət mərkəzindədir.Beynəlxalq maliyyə bazarlarında bu gün Avropa Birliyi zirvə toplantısının yekun nəticəsi, Avrozona və İngiltərənin xidmət və sənaye sektorlarına dair biznes aktivliyi indekslərinin açıqlanması diqqət mərkəzində olacaqdır. Bununla yanaşı, enerji birjalarında son günlər neftin qiymətlərində müşahidə edilən satış dalğası da bahalaşma ilə əvəz edilib. Bunun əsas səbəbi isə Amerika hökümətinin iqtisadiyyata maliyyə yardımının ayrılması xəbərləridir.
Beləliklə, qlobal iqtisadiyyatda yenidən müsbət tendensiyaların müşahidə edilə biləcəyi ehtimalları, valyuta birjalarında da öz əksini tapıb. Dollar və Funtun qiymətləri bahalaşıb. Avronun qiymətləri isə bu gün AB zirvə toplantısında başlayacaq maliyyə yardımı müzakirələrinin nəticələrindən asılı olaraq dalğalanacaqdır. Toplantıda Korona bondlarının müzakirələri çətinləşdirə biləcəyi də gözləniləndir.
USD/JPY məzənnəsi də yuxarıda toxunulan səbəb və Yaponiya iqtisadiyyatına dair açıqlanan mənfi fundamental göstəricilər fonunda bahalaşmaqdadır və 108 yen müqavimət səviyyəsinin inamlı qırılması, bahalaşmanın güclənməsinə səbəb ola bilər.
Əlvan metallar bazarlarında isə qızılın qiyməti yeni maliyyə yardımlarının inflyasiyanın artmasına təsir edə biləcəyi ehtimalları fonunda bahalaşmaqda davam edir. Hazırda 1700$-ın üzərində ticarət edilən bir unsiya üzrə qiymət, 1720$-ın üzərində möhkəmlənməklə, 1754$-a kimi dəyər qazana bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
4 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
4 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























