"Qala"ların vəziyyətləri məlum oldu
"Qala Həyat Sığorta"nın xalis mənfəəti 55%, "Qala Sığorta"nın isə18% artıb"Qala Həyat Sığorta" ASC 2019-cu ili 2 milyon 21 min manat mənfəətlə xalis başa vurub. Şirkətin maliyyə hesabatına görə, bu, 2018-ci ilə nisbətən 55,2% çoxdur.
Ötən il "Qala Həyat Sığorta"nın gəlirləri 18 milyon 189 min manat (illik müqayisədə 21,7% az), xərcləri 14 milyon 915 min manat (29,5% az), mənfəət vergisi ödəmələri isə 652 min manat (70,1% çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Qala Həyat Sığorta”nın aktivləri 35 milyon 892 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 4,9% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 27,2% azalaraq 12 milyon 403 min manata düşüb, balans kapitalı isə 13,5% artaraq 23 milyon 489 min manata, o cümlədən nizamnamə kapitalı 1,3% artaraq 13 milyon 42 min manata çatıb.
Xatırladaq ki, “Qala Həyat Sığorta” 2008-ci ildə yaradılıb. Şirkətin səhmdarları "AzRe Təkrarsığorta" ASC və “Quna" MMC-dir.
"Qala Sığorta"nın xalis mənfəəti 18% artıb
"Qala Sığorta" ASC 2019-cu ili 1 milyon 338 min manat mənfəətlə xalis başa vurub. Bu, 2018-ci ilə nisbətən 18,1% çoxdur.
Ötən il "Qala Sığorta"nın gəlirləri 31 milyon 22 min manat (illik müqayisədə 45,9% çox), xərcləri 29 milyon 317 min manat (47% çox), mənfəət vergisi ödəmələri isə 367 min manat (96,1% çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Qala Sığorta”nın aktivləri 31 milyon 548 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 54,55% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 81,6% artaraq 21 milyon 804 min manata, balans kapitalı isə 15,9% artaraq 9 milyon 744 min manata çatıb.
Xatırladaq ki, "Qala Sığorta" 1999-cu ildən fəaliyyət göstərən "Çartis Azərbaycan" şirkətinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 8,05 milyon manatdır. Şirkətin səhmləri 100% "AzReTəkrarsığorta" ASC-yə məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
4 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)










.jpg)







