Türk Lirəsi üçün kritik gün
Dünənki Fed-in faiz qərarından sonra 5.80 - 5.81 aralığındqa hərəkət edən Dollar/TL (Türk Lirəsi) məzənnəsi kritik günə də bu ətrafda başlayıb.
Dünən ABŞ Mərkəzi Bankı (Fed) gözlənildiyi kimi faizləri dəyişdirməyərək 1.50% - 1.75% aralığında saxladı. Həmçinin Fed 2020-ci il üçün siyasət faiz təxminini 1.9%-dən 1.6%-ə saldı. Faiz qərarından sonra dolların qiyməti 5.80 - 5.81 lirə aralığında dəyişdi
"Marja" xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 15:00-da Türkiyə Mərkəzi Bankı (TCMB) faiz qərarını açıqlayacaq. Mərkəzi Bankın qərarının TL-in istiqamətində həlledici olması gözlənilir. Keçirilmiş sorğuya görə, son üç yığıncaqda cəmi 10 bənd endirim edən bankın bu gün də faizdə 1,50 bənd endirim edərək əsas faizi 14%-dən 12.5%-ə salacağı gözlənilir.
LİRƏYƏ TƏSİRİ
İqtisadçılar Mərkəzi Bankının gözləntilərə paralel olaraq əvvəlki addımları ilə müqayisədə daha kiçik bir addım atması, verəcəyi mesajlarda təmkinli bir dil istifadə etməsi və bunların nəticəsində bazarlarda faiz endirimlərində sona yaxınlaşıldığına dair bir fikir əmələ gəlməsinin TL-nin sabitləşməsinə kömək olacağını bildirirlər. Əksinə bir ssenaridə (kəskin faiz endirilməsi) real faiz daha çox düşəcəyi üçün TL-nin dəstək tapması çətinləşə bilər. Türkiyənin ABŞ ilə əlaqələrinin çətin bir dövrdə olması və TL-nin dollar qarşısında 5,80-nin üzərini test etməsi, TCMB-in bu dəfə proqnozlara yaxın bir addım ata biləcəyinə dair fikirləri gücləndirib.
Türkiyə Mərkəzi Bankının əsas pul siyasəti faizi 14% səviyyəsindədir. Faizin ən çox 12,50% və 13% səviyyələrinə endiriləcəyi gözlənilir.
Bu gün Avropa Mərkəzi Bankının Kristin Laqardın sədrliyi ilə ilk yığıncağı keçiriləcək. Bankın faizlərdə dəyişikliklər edəcəyi gözlənilmir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
2 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
2 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
4 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 4 saat əvvəl
-
4 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























