Azərbaycanda 9 bankın nağd vəsaitləri azalıb
Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 20-si bu il oktyabrın 1-nə olan vəziyyətə görə, nağd vəsaitlərinin illik müqayisədə dinamikası barədə məlumat verib ki, bunlardan da 11-də müsbət, 9-da isə mənfi dinamika müşahidə edilib.
Nağd vəsaitləri azalmış banklar "Bank BTB", "Naxçıvan Bank", "AGBank", "AFB Bank", "Zıraat Bank Azərbaycan", "Access Bank", "Bank Avrasiya", Pakistan Milli Bankının Bakı filialı və "Atabank"dır. Ən az azalma "Bank BTB"də (3,4%), ən çox azalma isə "Atabank"da (56,9%) qeyd alınıb.
Qalan 11 bankın nağd vəsaitləri isə son 1 ildə artıb. Ən yüksək dinamika "NBC Bank"da (2,4 dəfə), ən aşağı dinamika isə "Nikoyl Bank"da (5,6%) qeydə alınıb.
Nağd vəsaitlərinin dinamikasını açıqlamayan banklar "Amrah Bank", "Azərbaycan Beynəlxalq Bankı", "Azər-Türk Bank", "Bank of Baku", "Express Bank", "Günay Bank", İran Milli Bankının Bakı filialı, "PAŞA Bank", "Rabitəbank" və "Unibank"dır.
6 bankın nağd vəsaitləri 40 milyon manatdan çoxdur
Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 21-i bu il oktyabrın 1-nə nağd vəsaitlərinin məbləği barədə məlumat verib ki, bunlardan da 6-da sözügedən göstərici 40 milyon manatdan çox olub.
Bunlar "Kapital Bank" (395,643 milyon manat), "PAŞA Bank" (90,894 milyon manat), "Xalq Bank" (70,75 milyon manat), "Bank Respublika" (49,107 milyon manat), "AFB Bank" (44,107 milyon manat) və "Access Bank"dır (41,622 milyon manat).
Qalan 15 bankdan 11-də nağd vəsaitlər 10-40 milyon manat arasında qədər, 3 bankda 1-10 milyon manat arasında, 1 bankda isə 1 milyon manatdan azdır.
Nağd vəsaitlərinin məbləğini açıqlamayan banklar "Amrah Bank", "Azərbaycan Beynəlxalq Bankı", "Azər-Türk Bank", "Bank of Baku", "Express Bank", "Günay Bank" İran Milli Bankının Bakı filialı, "Rabitəbank" və "Unibank"dır.
© "Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
3 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)


















