Beynəlxalq qurumdan Azərbaycan startaplarına müsbət rəy
Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən “ITU Telecom World 2019” beynəlxalq sərgi-konfransı artıq 3-cü gündür ki davam edir. Tədbirdə ölkəmiz Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qurumları, özəl İKT şirkətləri və startaplarla təmsil olunur.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “Marja”ya bildirilib ki, İnnovasiyalar Agentliyi sərgiyə dəstəklədiyi 4 startapla – “Virtual cərrahiyyə”, “Kuleko”, “Wexplain”, “Vriendly” ilə qatılıb. Bu startaplar Kiçik və Orta Sahibkarlıq üzrə Qlobal İnnovasiya (Global SME Award) yarışmasına qatılıb və müsbət rəy alıblar.
Sərgidə xarici şirkətlərlə əməkdaşlıq imkanları, xarici startapların, layihə və investorların Azərbaycana cəlb olunması, onlar üçün yaradılan imkan və prosedurlar barədə müzakirələr aparılıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə tədbir çərçivəsində keçirilən nazirlər toplantısında çıxış edib. O, həm şirkət, həm İTU, həm də başqa dövlətlərin rəsmiləri ilə görüşüb. Görüşdə ikitərəfli əlaqələrin inkişafına diqqət yetirilib.
Bu gün Beynəlxalq Telekommunikasiya İttifaqının (İTU) Baş Katibi Haulin Zao Azərbaycanın Milli Pavilyonuna baş çəkib. O, Azərbaycan startaplarının sərgilədiyi məhsulları maraqla qarşılayıb. H.Zaoya ölkəmizlə bağlı hədiyyə də təqdim olunub.
İnnovasiyalar Agentliyi İdarə Heyətinin sədri Tural Kərimli “Kiçik və orta müəssisələrə, innovasiyalara texnoloji dəstək” mövzusunda İTU üzvü ölkələr arasında birgə müzakirə sessiyasında iştirak edib. O, İTU-nun Strateji Planlama Departamentinin şöbə müdiri Yushi Torigoe və Mərkəzi Avropa Fondunun direktoru Devid Keresztes ilə görüşüb.
Qeyd edək ki, Beynəlxalq Telekommunikasiya İttifaqının təşkilatçılığı ilə keçirilən tədbir “Birlikdə innovasiyalar gətirərək: əhəmiyyət kəsb edən bağlılıq” devizi altında keçirilir. “ITU Telecom World 2019” beynəlxalq sərgi-konfransının əsas mövzusu rəqəmsal texnologiyalar vasitəsilə insan həyatının keyfiyyətini yüksəltmək məqsədilə hökumət və təşkilatlararası əməkdaşlığı genişləndirməkdir.
Gələn il “ITU Telecom World 2020” beynəlxalq sərgi-konfransı Vyetnamın Hanoy şəhərində keçiriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
4 saat əvvəl
“Beauty Time” salonlar şəbəkəsinin rəhbərinin axtarışa verildiyi bildirilir
-
-
4 saat əvvəl
"BioNTech" şirkətinin "ürəyi" və "beyni" şirkəti tərk edirlər - SƏHMLƏRİ 22% UCUZLAŞDI
-
5 saat əvvəl
Bakı Fond Birjasının statistik məlumatlarını yeni formatda təqdim edir
-
5 saat əvvəl
Avropa İttifaqı Şurasının Prezidenti sabah Azərbaycana gəlir
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Qeyri-sabit hava şəraiti səbəbindən Aqrar Sığorta Fonduna müraciətlər artıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
MyShops-dan Ramazana özəl 60%-dək endirim və faizsiz hissəli ödəniş kampaniyası
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Avropa İttifaqı Şurasının Prezidenti sabah Azərbaycana gəlir
"İranla danışa bilərik. İranlılar danışmaq istəyirlər"
Ən çox oxunanlar
“Qoşadaş” sahəsində dəniz dibinin tədqiqatı üzrə işlərə başlanılır
"Avto Azərbaycan"ın 30 illik yubileyi yaşıl təşəbbüslə qeyd olundu: 300 AĞAC ƏKİLDİ
Azərbaycanda Tam KASKO sığortasının 20% endirimlə satışına başlanıb
InvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nazir quşçuluq müəssisələrində olub, müzakirələr aparılıb
"Azərişıq" barəsində iş açılıb






















