Mobil rabitədə dələduzluq - "AZERCELL"DƏN AÇIQLAMA
Son zamanlar "Azercell" müştərilərinə gələn xarici zənglər abunəçiləri narahat etməyə başlayıb. Zənglər ən çox Avropa ölkələrindən və ABŞ-dan gəlir. Şirkət hətta bununla bağlı öz abunəçilərinə xəbərdarlıq mesajı da yollayıb. Bəs xaricdən gələn müəmmalı zənglərin səbəbi nədir?
“Azercell Telekom” MMC-nin mətbuat xidmətindən bildiriblər ki, bir müddətdir beynəlxalq istiqamətlərdə mobil rabitədə dələduzluq fəaliyyəti ilə məşğul olan şəxslərin fəallaşması müşahidə olunur. Şirkət bu halların mümkün qədər qarşısının alınması üçün zəruri tədbirlər görür:
"Son zamanlar beynəlxalq istiqamətlərdən mobil rabitədə dələduzluq fəaliyyəti ilə məşğul olan şəxslərin fəallaşması halı müşahidə olunduğundan, bu məlumatın yayılması zərurəti ortaya çıxıb. Abunəçilərin belə şübhəli məzmunlu zəngləri cavablaması və ya bu nömrələrə geri zəng etməsi, onların nömrələrinin hesabından şirkətimizdən qaynaqlanmayan səbəblərdən vəsait itkisinə gətirib çıxarır".
Şirkət qeyd edib ki, abunəçilərdən gələn sorğular araşdırılır, bu kateqoriyadan olan nömrələrə geri zəng edilməsi imkanına qadağa qoyulur:
"Eyni zamanda, aidiyyəti dövlət qurumlarına və beynəlxalq zənglərin həyata keçirilməsini təmin edən təşkilatlara, bizim barəsində danışdığımız zəngSMS-lər ilə sui-istifadə hallarına yol verilməsi və bununla bağlı müvafiq tədbirlər görülməsi üçün müraciət edilir".
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 1 d. əvvəl
-
- 10 d. əvvəl
- 14 d. əvvəl
-
31 d. əvvəl
Azərbaycana 4 ayda təxminən 100 milyon dollarlıq buğda idxal olunub -10 FAİZ ARTIB
- 53 d. əvvəl
-
56 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Rəsmi məzənnələr açıqlandı
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Kərə yağı idxalı azalıb, bitki yağlarının idxalı isə artıb
Ən çox oxunanlar
Süd və qaymaq idxalı 54,9% artıb
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 25 GÜN
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb



















.jpg)


