Avtomobillərin pulsuz parklanması üçün talon veriləcək - BİNALARDA YAŞAYANLARIN NƏZƏRİNƏ
Azərbaycanda yolların kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan minik avtomobillərinin istifadəçilərinə 3 il müddərinə pulsuz parklanma talonu veriləcək.
Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi qaydası”nda əksini tapıb.
Sənədə əsasən, yerli icra hakimiyyəti orqanları və Bakı Nəqliyyat Agentliyi (Bakı şəhərinin inzibati ərazisində) fərdi parklanma talonlarının uçotunu aparır.
Parklanma yerləri təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan minik avtomobillərinin istifadəçiləri üçün onların müraciətinə əsasən yerli icra hakimiyyəti orqanları tərəfindən pulsuz parklanma yerləri ayrılır və onlara fərdi parklanma talonu (Bakı şəhərinin inzibati ərazisi istisna olmaqla) verilir. Bakı şəhərinin inzibati ərazisində isə pulsuz parklanma yerləri Bakı Nəqliyyat Agentliyi tərəfindən ayrılır.
Fərdi parklanma talonu almaq üçün müraciət etmiş minik avtomobilinin istifadəçilərinə fərdi parklanma talonu müraciət edildiyi tarixdən 15 iş günü müddətində verilir. Fərdi parklanma talonu almaq istəyən şəxs yerli icra hakimiyyəti orqanına şəxsən və ya internet şəbəkəsi vasitəsilə elektron formada müraciət edə bilər. Nəqliyyat vasitələrinin istifadəçilərinə fərdi parklanma talonunun verilməsi üçün ödəniş tələb olunmur. Fərdi parklanma talonu zədələndikdə və ya itirildikdə, nəqliyyat vasitələrinin istifadəçiləri tərəfindən təkrar müraciət edilir və onlara fərdi parklanma talonunun dublikatı verilir.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Bu hallarda fərdi parklanma talonu öz qüvvəsini itirir:
1. nəqliyyat vasitəsi özgəninkiləşdirildikdə,
2. fərdi parklanma talonunun verildiyi şəxsin yaşayış yeri dəyişdikdə,
3. fərdi parklanma talonunun qüvvədəolma müddəti bitdikdə.
Nəqliyyat vasitəsi şəxsin mülkiyyətində olduqda, ona verilən fərdi parklanma talonunun qüvvədəolma müddəti 3 ildir. Nəqliyyat vasitələri icarə və ya digər əşya hüquqlarına dair müqavilə, eləcə də etibarnamə əsasında istifadə edildikdə, nəqliyyat vasitələrinin istifadəçilərinə fərdi parklanma talonları həmin sənədlərin qüvvədəolma müddətinədək verilir (3 ildən çox olmamaqla). Bir şəxsə yalnız bir fərdi parklanma talonu verilir.Fərdi parklanma talonuna dair məlumatlar yerli icra hakimiyyəti orqanları, Bakı şəhərinin inzibati ərazisində isə Bakı Nəqliyyat Agentliyi tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə ötürülür. Fərdi parklanma talonu verilmiş şəxslər nəqliyyat vasitələrini yalnız talonda göstərilən parklanma ərazisində müəyyən olunmuş yerlərdə ödənişsiz əsaslarla saxlayırlar. Fərdi parklanma talonu verilmiş şəxslərə nəqliyyat vasitələrinin onlar üçün ayrılmış parklanma yerlərində saxlanılmasına görə müddət məhdudiyyəti nəzərdə tutulmur. Fərdi parklanma talonu nəqliyyat vasitəsinin salonunda, ön şüşənin arxasında aydın görünən və oxunan yerdə qoyulmalıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
- 57 d. əvvəl
-
1 saat əvvəl
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qazaxıstan Orta Dəhlizin inkişafı üçün 300 milyon dollar vəsait cəlb edib
-
2 saat əvvəl
Ermənistan Naxçıvanla sərhəddə gömrük və sərhəd terminalları inşa etmək niyyətindədir
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
Nestle şirkəti üzr istədi
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir
Ən çox oxunanlar
Unibankın biznes kreditləri portfelində böyük artım
Azərbaycanda külək və günəş enerjisi istehsalı artıb - 2025-ci ildə elektrik enerjisinin istehsalı göstəriciləri açıqlandı
Dünyada 2025-ci ildə elektrikli avtomobil satışları 20,7 milyona çataraq rekord qırıb
ABŞ 2025-ci il üçün neft qiyməti proqnozunu yüksəltdi
Naxçıvanda dəmir yolu xəttinin tikintisi davam etdirilir





















