Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi

iç səhifə xəbər başlığı altı (mobil)_31
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) ABB – İnvest İnvestisiya Şirkəti QSC (ABB Invest) üçün 2025-ci il investisiya bankçılığı (investisiya qiymətli kağızlarının anderraytinqi) və investisiya xidmətləri sahəsində əldə edilmiş bir sıra nailiyyətlər ilə yadda qaldı.

Belə ki, Şirkət Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Azərbaycan Dəmir Yolları (ADY) və Bank of Baku istiqrazlarının geniş investor kütləsinə təqdim edilməsi və yerləşdirilməsini həyata keçirmiş və Azərbaycan kapital bazarından qeyd olunan emitentlər üçün ümumilikdə 96 milyon manat vəsaitin cəlb edilməsini təmin etmişdir.

AYİB istiqrazları ölkənin kapital bazarında beynəlxalq maliyyə institutu tərəfindən buraxılmış ilk istiqraz olmuş və eyni zamanda üzən faiz dərəcəsi (floating rate) ilə bazara institusional investorlar üçün yeni investisiya aləti kimi təqdim edilmişdir. Bank of Baku və ADY istiqrazları pərakəndə investorların böyük marağını səbəb olmuş və nəticədə bu istiqrazların yerləşdirməsində iştirak edən unikal investorların sayı müvafiq olaraq 601 və 330 nəfər təşkil etmişdir.

2025-ci ildə Şirkət mobil tətbiq üzərindən öz müştərilərinə 2 yeni investisiya imkanı təqdim etmişdir. ABŞ fond birjalarında səhm və investisiya fondlarının payları (ETF) ilə uzadılmış ticarət saatlarında (extended hours) əməliyyat aparmaq niyyətində olan müştərilər üçün bu fürsət yaradılmışdır.

Əlavə olaraq, ABŞ kapital bazarında tədavüldə olan dövlət və korporativ istiqrazlarla ticarət bilavasitə ABB mobile tətbiqində aktivləşdirilmişdir. ABŞ istiqrazları ilə ticarətin bilavasitə ABB mobile tətbiqi üzərindən tam elektron həyata keçirilməsi müştərilərə daha diversifikasiya edilmiş investisiya porfellərinin formalaşdırılması üçün şərait yaratmışdır ki, bu ABB Invest investisiya xidmətlərinin rəqəmsallaşdırılması və əlçatan edilməsi istiqamətində atılmış mühüm bir addım kimi qiymətləndirilir.

ABB Invest 2025-ci ildə xidmət keyfiyyətinin yüksəldilməsi və investisiya məhsullarının çeşidinin genişləndirilməsi ilə yanaşı əhalinin maliyyə savadlılığının artırılması və kapital bazarı üzrə maarifləndirmə tədbirlərini davam etmişdir. Şirkət iqtisadiyyat və maliyyə üzrə ölkənin aparıcı universiteti olan Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə strateji əməkdaşlığa dair memorandum imzalamış və bu ali təhsil müəssisəsi ilə birgə kapital bazarı sahəsində müxtəlif maarifləndirmə və kadr hazırlığı proqramlarının həyata keçirilməsinə dair razılıq əldə etmişdir.

2026-cı ildə ABB Invest öz əsas fəaliyyəti çərçivəsində müştərilərinə yeni investisiya xidmətləri və alətləri təqdim etməyə davam etməyi nəzərdə tutur. Növbəti ildə Şirkət Azərbaycanda tədavül edilən dövlət və korporativ istiqrazları ilə ticarətin ABB mobile tətbiqi üzərindən aparılması imkanını, korporativ sektorun kapital bazarından maliyyələşmə təşəbbüslərinə dəstək göstərərək yeni emissiyaların təşkil edilməsi və UNEC-lə birlikdə təlim mərkəzinin yaradılmasını planlaşdırır.

ABB Invest ABB – İnvest İnvestisiya Şirkəti investisiya bankçılığı anderraytinq xidmətləri qiymətli kağızlar bazarı istiqraz yerləşdirilməsi kapital bazarı AYİB istiqrazları Avropa Yenidənqurma və İnkişaf Bankı ADY istiqrazları Azərbaycan Dəmir Yolları Bank of Baku istiqrazları investorlar pərakəndə investorlar institusional investorlar üzən faiz dərəcəsi floating rate istiqrazlar investisiya xidmətləri mobil investisiya ABB mobile ABŞ fond bazarı səhm ticarəti ETF ticarəti extended hours ticarət ABŞ dövlət istiqrazları korporativ istiqrazlar elektron ticarət investisiya portfeli portfel diversifikasiyası rəqəmsal investisiya xidmətləri maliyyə savadlılığı kapital bazarı maarifləndirilməsi UNEC Azərbaycan Dövlət İqtisad Universiteti strateji əməkdaşlıq kadr hazırlığı
14.01.2026 14:31

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18