"Qazax Sement Zavodu" Novruz bayramı münasibəti ilə şəhid ailələrini ziyarət edib - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan sosial yönümlü siyasətə uyğun olaraq, "Qazax Sement Zavodu" şəhid ailələrinə və aztəminatlı ailələrə yardımlar edir.
“Qazax Sement Zavodu” MMC bayram və əlamətdar günlərdə rayonun bir sıra kəndlərində yaşayan şəhid ailələrini ziyarət edərək, onları bayram münasibətilə təbrik edir. Şəhid ailələri hər zaman zavodun diqqət mərkəzindədir.
Bu ənənəni davam etdirən "Qazax Sement Zavodu" bu ilki Novruz bayramında Daş Salahlı kəndi ilə yanaşı, rayonun sərhədyanı kəndlərində də yaşayan şəhid ailələrini yaşadıqları kəndlərə gedərək ziyarət etmişdir.
Belə ki, 18 Mart 2019-cu ildə rayonun Daş Salahlı kəndində yaşayan 21, Məzəm kəndində 6, Quşçu Ayrım kəndində 16, Cəfərli kəndində 3, Bala Cəfərli kəndində 3, Aslanbəyli kəndində 10, Qaymaqlı kəndində 6, Kəmərli kəndində yaşayan 9 şəhid ailəsi, Daş Salahlı kəndində 1 imkansız ailə və 3 aprel döyüşləri şəhidləri ailələri olmaqla, ümumilikdə 78 ailəni evlərində ziyarət edərək, onları Novruz bayramı münasibətilə təbrik edib.
Daha sonra onlara Zavod Rəhbərliyinin bayram təbrikləri çatdırılıb və zavod tərəfindən hazırlanmış bayram hədiyyələri təqdim edilib. Şəhid ailələri hər zaman bayram və əlamətdar günlərdə zavod tərəfindən onlara göstərilən diqqəti yüksək qiymətləndirmiş və zavodun rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.
“Qazax Sement Zavodu” MMC buna bənzər tədbirləri gələcəkdə daha da genişləndirməyi planlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























