Elxan Bəşirov: Sahibkarlar, özəl şirkətlər sosial layihələrə dəstək verməlidir
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin və İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin inkişaf proqramı çərçivəsində bu kənddə təşkil etdiyi tədbirdə “Mətanət A” şirkətinin nümayəndələri, o cümlədən şirkətin Müşahidə Şurasının sədri Elxan Bəşirov da iştirak edib.
Tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycanda regionların inkişafına böyük diqqət və qayğı göstərildiyini vurğulayıb və həyata keçirilən birgə layihələrin Cocuq Mərcanlının sosial-iqtisadi inkişafında və sakinlərin məşğulluğunun təmin olunmasında əhəmiyyətini qeyd edib. Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral Türkiyə-Azərbaycan əlaqələrinin uğurla inkişaf etdiyini, Cocuq Mərcanlıda birgə icra olunan layihələrin bölgədə iqtisadiyyatın və məşğulluğun inkişafında əhəmiyyətini vurğulayıb, belə layihələrin bundan sonra da reallaşdırılacağını diqqətə çatdırıb. İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışında kiçik və orta sahibkarlığın inkişafı istiqamətində Agentliyin gördüyü işlərdən danışıb və Cocuq Mərcanlıda fəaliyyət göstərən sahibkarların bundan sonra da dəstək xidmətləri ilə tam əhatə olunacağını bildirib.
“Mətanət A” şirkətinin Müşahidə Şurasının və Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının sədri Elxan Bəşirov isə çıxışında sahibkarların belə layihələrdə iştirakının vacibliyinə toxunub və iş adamlarını bu kimi sosial layihələrə dəstək verməyə çağırıb. Rəhbərlik etdiyi şirkətin hər zaman vətəndaşlarımızın rifah halının yüksəldilməsi və məşğulluğunun artırılmasına xidmət edən layihələrdə iştirak etdiyini qeyd edən Elxan Bəşirov bunun hər bir sahibkarın vətəndaşlıq borcu olduğunu deyib. Şirkət rəhbəri tezliklə işğal altındakı digər torpaqlarımızın da azad olunacağına əminliyini ifadə etməklə bu ərazilərdə həyata keçiriləcək bərpa işlərində də “Mətanət A” şirkətinin yaxından iştirak edəcəyini söyləyib.
Xatırladaq ki, “Mətanət A” şirkəti “Böyük Qayıdış” layihəsi çərçivəsində Cocuq Mərcanlıda aparılan tikinti-quruculuq, yeni istehsal sahələrinin yaradılması, istixanaların qurulması kənd təsərrüfatının müxtəlif sahələrinin təkmilləşdirilməsi işlərinə istehsal etdiyi məhsullarla dəstək göstərir. Sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olan şirkət ən son texnologiyalarla təchiz olunmuş zavodlarında istehsal edilən məhsulları ilə Cocuq Mərcanlıda yeni sənaye sahələrinin yaradılmasına da öz töhfəsini verməkdədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
- 48 d. əvvəl
-
-
59 d. əvvəl
Milli Məclis təklifi qəbul etdi - Ödənişli yollarda maksimum sürət həddi müəyyənləşdi
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qadın sahibkarlar üçün “Hər işdə birinci qadınlar” yarmarkası keçiriləcək
-
2 saat əvvəl
2026-da sənaye zonalarında 16 yeni müəssisə fəaliyyətə başlayacaq, 2-sinin təməli qoyulacaq
-
2 saat əvvəl
“Coca-Cola CCI” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsini elan edir
- 3 saat əvvəl
-
3 saat əvvəl
Dubay və Əbu-Dabidə ev almaq üçün 72 saatlıq fürsət – Ramazan endirimləri olacaq
-
3 saat əvvəl
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 25-də gözlənilən hava şəraiti
Lənkəranda 90 çarpayılıq "Yaşa Hospital" açılıb
2026-da sənaye zonalarında 16 yeni müəssisə fəaliyyətə başlayacaq, 2-sinin təməli qoyulacaq
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
Apple istehsalının bir hissəsini ABŞ-yə köçürür
"Son illər kartofçuluqda xərclər 2 dəfəyə yaxın artıb"
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda armatur istehsalı 15 faizə yaxın azalıb
Volvo 40 mindən çox EX30 elektromobilini geri çağıracaq - batareyaları həddindən artıq qızır






















