“AccessBank” regionlarda qadınları sevindirib
“AccessBank”ın maliyyə dəstəyi, “GİD CSR Consulting” və “Green Line” psixoloji mərkəzinin təşəbbüsü ilə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin Sabirabad və Saatlı rayon mərkəzlərində xanımlarla görüş keçirilib.
Komitənin təşkilatçılığı ilə keçirilən tədbir 8 mart - Beynəlxalq qadınlar gününə həsr olunub.
Görüşün əsas məqsədi həssas sosial qruplara aid aztəminatlı, çoxuşaqlı tənha və fiziki məhdudiyyətli uşaq anası olan xanımlara dəstəyin verilməsi, onlara bayram ab-havasının yaşadılması idi.
“AccessBank”ın Korporativ bankçılıq/Marketinq departamentinin direktoru Günay Cəlilova qadınların cəmiyyətdəki rolundan danışaraq bildirib ki, onların çiyninə çox böyük məsuliyyət düşür: “Azərbaycan qadınının necə güclü olduğunu hər birimiz bilirik. Buna baxmayaraq, hər bir qadın diqqət və qayğıya layiqdir. Sizin isə bu diqqət və qayğıya ikiqat ehtiyacınız var. Düzdür, bugünkü bir görüşlə sizin bütün istəklərinizi reallaşdıra bilməsək də, gözəl bayram ərəfəsində sizi sevindirməyi özümüzə borc bildik”.
Tədbirin sonunda xanımlara “AccessBank” adından hədiyyələr paylanılıb. Hədiyyələrə görə banka təşəkkür edən komitənin nümayəndələri bildirib ki, bəzi xanımlar həyatında ilk dəfədir bu cür diqqətə layiq görülür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























