“Xalq” Bank 2018-də nə qədər qazandığını açıqladı
ASC “Xalq” Bankı 2018-ci ilin sonuna aktivlərinin həcmini ötən ilin sonu ilə müqayisədə 194.5 milyon manat və yaxud 10,73% artıraraq 2 milyard 8 milyon manata çatdırıb. Bank bu göstəriciyə görə, ölkənin 4 aparıcı bankı arasında qərarlaşıb.
"Marja" xəbər verir ki, “Xalq” Bankın yaydığı məlumata görə, 2018-ci ilin əvvəli ilə müqayisədə Bankın kapitalı 22.6 milyon manat (8,71%) artaraq 282.48 milyon manat təşkil edib.
Ötən ilin yekunlarına görə, “Xalq Bank” kredit portfelinin həcmi baxımından Azərbaycanın üç ən böyük özəl banklarından biridir. Cari ilin yanvar ayının 1-nə olan məlumata görə, Bankın kredit portfeli 1 milyard 383 milyon manat təşkil edib. Bu, ötən ilin göstəricisi ilə müqayisədə 70.38 milyon manat (5,36%) çoxdur.
Bankın depozit portfeli 2018-ci il ərzində 7,56% artaraq 1 milyard 259 milyon manata çatıb.
Bank 2018-ci ili 27 milyon 744 min manat xalis mənfəətlə başa vurub. Bu da ötən ilin əvvəlinə olan xalis mənfəətin həcmi ilə müqayisədə 57,6% artım deməkdir.
“Ötən il Bankın inkişaf strategiyasına uyğun olaraq məhsul və xidmət çeşidinin, bankomat və POS-terminal şəbəkəsinin genişləndirilməsi və nağdsız əməliyyatların həcminin artırılması məsələlərinə xüsusi diqqət ayrılmışdır. Aktiv plastik kartların sayının 2018-ci ildə 21,9% artması bu sahənin inkişafının bariz göstəricisidir. Ümumilikdə il ərzində Bankın xidmət və məhsullarından faydalanan müştərilərin sayında isə il ərzində 14,84% artım müşahidə olunmuşdur”,- Bankın məlumatında bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























