"Rabitəbank" 25-ci ilini mənfəətlə tamamladı
(®) Ölkənin qabaqcıl banklarından olan "Rabitəbank", yaradılışının 25-ci il fəaliyyətini mənfəət və bütün sahələrdə yüksək göstəricilərlə tamamlayıb.
Bankın rəhbərliyi maliyyə nəticələrini “2018 yekunları və 2019 çağırışları” adlı ənənəvi konfransda acıqlayıb.
Konfrans, bankın əsas səhmdarları, Müşahidə Şurası, İdarə Heyəti, Baş Ofis və bankın 25 şöbə və filiallarında çalışan struktur rəhbərlərin iştirakı ilə keçirilib.
Bankın rəhbərliyi əməkdaşlarla 2018-ci ilin nəticələri ilə bölüşüb və 2019-cu ilə dair tövsiyyə və gözləntilərini səsləndirib. Əlavə olaraq tədbirdə 2018-ci ildə müxtəlif sahələrdə fərqlənən bankın əməkdaşları kuboklarla təltif edilib.
Tədbirdə verilən məlumata görə, “Rabitəbank” 2018-ci ili 3,1 milyon manat mənfəət və 772 milyon manat aktiv həcmi ilə başa vurub.
Bankın kredit portfeli 2018-ci il ərzində 37% artaraq 324 milyon manat, məcmu kapitalı isə 12% artaraq 102 milyon manat təşkil edib. 2018-ci il ərzində bankın cəmi gəlirləri əvvəlki ilə nəzərən müqayisədə 15% artaraq 47 milyon manat, xərcləri isə 44 milyon manat təşkil etmişdir.
Həmçinin, 2018-ci ildə əvvəlki il ilə müqayisədə verilmiş biznes kreditlərin həcmi 23%, istehlak kreditlərin 163%, ipoteka kreditlərin isə 170% artıb.
2018-ci ildə sürətli pul köcürmələri 34%, plastik kartların sayı cəmi 15%, onların içində əmək haqqı kartlarının sayı isə 21% artıb.
Rəqamsal xidmətlər sahəsində bank ciddi irəliləyişlər nümayiş etdirib. Bankın internet bankinq xidmətinin istifadəçiləri olan hüquqi şəxslərin sayı 1200-ü keçib.
Rabitəbank 2018-ci ildə, ölkədə ilk dəfə bank əməliyyatlarının həyata keçirildiyi Telegram və Facebook Messenger üzərindən chatbot-u istifadəyə vermiş və bot vəsitəsilə pul köçürmələri xidmətini müştərilərə təqdim edib.
2018-ci ildə, bankın xidmət şəbəkəsinin sayında da artım müşahidə olunub. Belə ki, bankın, Xocalı pr. 37 ünvanında ("Dəmirçi plaza"da) yeni "Xətai" şöbəsi müştərilərin istifadəsinə verilib. Digər 4 filialı ünvanını dəyişərək, əsaslı təmir olunmuş geniş ofislərə köçürülmüşdür. Həmçinin paytaxtda daha 4 ATM istifadəyə verilərək, sayı 65-ə çatdırılmışdır.
2019-cu ildədə qarşıya yeni hədəflər qoyan "Rabitəbank", yeni məhsul və xidmətlərlə müştərilərini sevindirməyə və yüksək xidmət göstərməyə davam edəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 6 d. əvvəl
- 12 d. əvvəl
- 16 d. əvvəl
- 35 d. əvvəl
-
40 d. əvvəl
"Bank Respublika"nın nizamnamə kapitalının artırılması müzakirə ediləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Putin və Tramp 1,5 saatdan çox telefon danışığı aparıb - ƏSAS MƏQAMLAR
- 2 saat əvvəl
-
12 saat əvvəl
Danimarka şirkəti tərəfindən Azərbaycanda külək turbinlərinin istehsalı nəzərdən keçirilib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Tramp: “İran təslim olmaq məcburiyyətindədir”
Neft kəskin bahalaşıb - QİYMƏTİ 126 DOLLARI DA KEÇİB
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 14 GÜN
Danimarka şirkəti tərəfindən Azərbaycanda külək turbinlərinin istehsalı nəzərdən keçirilib
Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib, protokol imzalanıb
Rusiya OPEC+da qalmağa davam edəcəyini açıqlayıb
İranın pul vahidi dollar qarşısında tarixi minimumda






.jpg)
.jpg)








.jpg)










