Tanınmış memarlıq və dizayn şirkəti Bakıda ofisini açdı
“Dinamo” otelində dünyanın bir sıra şəhərlərində fəaliyyət göstərən “PPA Architects” şirkətinin Bakı ofisinin rəsmi açılış mərasimi keçirilib.
Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfiri Bernd Aleksandr Bayerl çıxış edərək hamını salamlayıb və tədbirdə iştirak etdiyi üçün məmnun olduğunu bildirib. A.Bayerl qeyd edib ki, Azərbaycan nümunəvi dövlətdir ki, keçmiş Sovet İttifaqının elementləri ilə yanaşı, həm coğrafi, həm də mədəni-tarixi aspektləri burda görmək olur. Bütün bunlar məndə tamamilə yeni təəssüratlar yaradır. Səfir vurğulayıb ki, memarlığı sevən şəxs kimi Azərbaycana ilk dəfə gələndə burada arxitektura irsinin zənginliyinə valeh olub: “Xüsusilə İçərişəhərdəki qədim abidələrdən, Şirvanşahlar sarayından, ümumiyyətlə Bakıdakı bütün özəllikləri görməkdən məmnunluq duyuram”.
“PPA Architects” şirkətinin təsisçisi DI Georg Petrovic çıxışında bildirib ki, Avstriyanın və Avropanın incisi Vyana şəhərində mənzil qərargahı olan “Qlobal PPA” memarlıq və dizayn şirkəti Vyana, London, Doha və Frankfurt kimi şəhərlərdə çoxillik fəaliyyət göstərir və yerli şirkətlərlə birgə çox sayda uğurlara imza atıb. DI Georg Petrovic deyib:
“25 ildir ki, biz müştərilərimizə xüsusi ehtiyacları üçün unikal dizayn həllərini uğurla araşdırırıq. Memarlıq əsərlərimiz kommersiya binaları, xüsusi villalar, yaşayış, alış-veriş binaları, sənaye obyektləri, eləcə də korporativ ideyalar kimi geniş funksional çeşidləri əhatə edir. Əsərlərimizin bir çoxu “Alman Design Award”, “Avstriya Design Award”, “ABŞ Green Building Award” mükafatlarına layiq görülüb. Memarlar sadəcə binanı layihələndirməklə kifayətlənməməlidirlər, şirkətlər onun vacib üstünlüklərini ön plana çəkməlidir. Memar olaraq binaların inşasına yanaşdığımız kimi, eyni şəkildə biz şəhər quruluşuna da belə yanaşırıq. Ən gözəl elementləri ön plana çəkirik və istəyirik ki, bu sizin ölkənin unikal xüsusiyyətlərindən biri olsun və bütün dünyada tanınmasına vəsilə olsun. Əlbəttə ki, estetik və gözəllik tərəfi haqqında biz daima düşünürük və müştəri ilə bərabər işin lap əvvəlindən büdcə haqqında da düşünürük. Sosialyönümlü binaların inşasında biz xərclərin minimuma enməsini nəzərdə tuturuq, digər tərəfdən isə çox görkəmli binalar təqdim edirik. Eyni zamanda, istifadə olunan materiallar baxımından biz bunun maliyyə tərəfini də diqqətdən qaçırmamalıyıq. Öz partnyorlarımız ilə əməkdaşlıq sayəsində işimizi güclü platforma əsasında qurmuş oluruq. İndi isə biz Qərbdən Şərqə doğru gəlmişik və görürük ki, həqiqətən də Bakının çox böyük potensialı var. Bu işin həyata keçməsində sizin məsləhətinizə və köməyinizə ehtiyac duyuruq. Düşünürəm ki, bu platformanı biz istifadə edə biləcəyik və öz təcrübəmizi düzgün və vaxtında bölüşə biləcəyik. Diqqətinizə görə təşəkkür edirəm”.
“Triple Helix” şirkətinin təsisçilərindən olan Annette Fink və Azərbaycan Otellər Assosiasiyasının prezidenti və “Abşeron” otellər qrupunun rəhbəri Jiri Georg Kobos öz növbəsində tədbirdə iştirak edən qonaqları salamlayıb və “PPA Artchitects” şirkətinin rəhbərini açılış münasibəti ilə təbrik ediblər.
Qeyd edək ki, mərasimdə Azərbaycanın tanınmış iş adamları, dövlət rəsmiləri iştirak ediblər.
Ətraflı məlumat almaq üçün https://ppa-baku.com səhifəsinə daxil olun.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
2 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
- 15 d. əvvəl
-
19 d. əvvəl
"FİNCA Azərbaycan"ın dollar istiqrazlarına 53 investor 53 sifariş təqdim edib - HƏRRACIN NƏTİCƏSİ
-
1 saat əvvəl
DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı - VİDEO
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"bp-Azərbaycan"dan 2025-ci ilin yekunları üzrə BİZNES ƏMƏLİYYATLARI HESABATI
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"KƏPƏZ BOKT" illik 15%-lə 1 milyon manat borc aldı
DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı - VİDEO
Yaxın günlərdə fermerlərə subsidiya ödənişlərinə başlanacaq
bp-də işləyən Azərbaycan vətəndaşlarının sayı azalıb
Ən çox oxunanlar
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
KPMG Bakıda 2-ci ofisini açdı
“Gemini” istifadəçilərə artıq Azərbaycan dilində də təqdim olunur
Daha bir bank nağd kredit üzrə faiz dərəcəsini endirdi
























