Coca-Cola şirkətinin Qafqaz regionu üzrə yeni meneceri təyin edilib
Coca-Cola şirkətinin Qafqaz regionu üzrə yeni meneceri (direktor) təyin edilib.
"Marja"nı məlumatına görə, yeni menecer Adrian Çernautandır.
"Mən İyulun 1-dən Coca-Cola şirkətinin Qafqaz qregionu üzrə meneceri təyin edilmişəm. Mən Azərbaycanda işləyəcəyəm. Azərbaycanın və digər Qafqaz ölkələrinin inkişaf potensialı çox böyükdür", - Adrian Çernautan jurnalistlər ilə görüşündə bildirib.
Bundan əvvəl Adrian Çernautan "Coca-Cola Avstriya" şirkətinin icraçı direktoru işləyib. O, Maldova, Rumıniya və Macarıstanda da çalışıb.
Adrian Çernautan geniş təcrübəsi sayəsində Qafqazda strateji inkişaf, biznesin genişləndirilməsi və “Coca-Cola” brendinin əhəmiyyətinin artırılması ilə məşğul olacaq.
Adrian Çernautan qeyd edib ki, "Azerbaijan Coca-Cola Bottlers" şirkətində 300 nəfər işləyir, dollayı yolla işlə təmin edilənlərin sayı isə 3000 nəfərə yaxındır. Fəaliyyət göstərdiyi dövr ərzində (2017-ci il daxil olmaqla) şirkət Azərbaycan iqtisadiyyatına 150 milyon dollar investisiya qoyub, dövlət büdcəsinə vergi ödənişləri 250 milyon dollar məbləğində olub.
"Azerbaijan Coca-Cola Bottlers" MMC "Coca-Cola İçecek A.Ş. (CCI) şirkətinə bağlıdır. "Coca-Cola İçecek A.Ş. (CCI)" "The Coca-Cola Company (TCCC)" markalarından ibarət olan qazlı və qazsız içkilərin istehsalı və satışını həyata keçirir. "CCI" - Türkiyə, Pakistan, Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Türkmənistan, İordaniya, İraq, Suriya və Tacikistanda fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
5 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





























