Qazandığı pulları müştərilərinə paylayacaq!
Bu il birjaya çıxacağı gözlənilən Çinin iri ağıllı telefon istehsalçısı "Xiaomi", yüksək gəlirlilik tutması vəziyyətində qazancının bir hissəsini müştərilərinə geri verəcəyini açıqlayıb.
Ağıllı telefon bazarının iddialı oyunçularından "Xiaomi", bu gün az rast gəlinən bir vəd verib. Şirkət, ağıllı telefon və ağıllı ev cihazları kimi məhsullarındakı xalis mənfəət marjasını 5% ilə məhdudlaşdıracağını və bunun üzərində əldə etdiyi mənfəəti isə "ağlabatan şəkildə" müştərilərinə geri paylanacağını bildirib.
"Marja" xəbər verir ki, ağıllı telefon bazarındakı mənfəətin 87%-ni Apple götürür, Android telefon istehsalçıları isə qalanı aralarında bölüşmək məcburiyyətində qalırlar. LG və Samsung kimi nəhəng şirkətlər, qazanclı bir iş olmayan ağıllı telefon bazarında rəqabətə davamlı qalmaq üçün komponentlər istehsal edən digər departamentlərinin gəlirləri ilə ayaq üstə dururlar. "Xiaomi" isə bu nəhənglərdən fərqli olaraq, aşağı marjalı proqram təminatı məhsulları və xidmətlər sataraq hazırda bazarda özünə mühüm yer tutur.
"Xiaomi"nin müştərilərinə verdiyi və qulağa çılğın gələn söz, şirkətin, "ən yeni texnologiyaları uyğun qiymətli cihazlarda təqdim etmək" strategiyası ilə də üst-üstə düşür. Şirkət "Mi" seriyası telefonlardan və digər məhsullarından böyük qazanclar əldə etmir, amma bu cihazları bir-birinə bağlayan onlayn video, e-ticarət, maliyyə məhsulları və digər rəqəmsal xidmətlərlə gəlir götürür.
Bloomberg-ə görə, Çinin texnologiya nəhənginin bu il 100 milyard dollar civarında bir dəyərlə İPO-su (səhmlərin ilkin kütləvi təklifi) mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




























