970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Tramp ABŞ-İran sazişinin kağız nüsxəsini imzaladı

İran Prezidenti də anlaşma memorandumunu imzalayıb. Sənəddə digər müddəalarla yanaşı, Tehranın “nüvə silahı əldə etməyəcəyi və ya inkişaf etdirməyəcəyi” qeyd olunur.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Tramp ABŞ-İran sazişinin kağız nüsxəsini imzaladı
iç səhifə xəbər şəkil altı (mobil)_32

ABŞ Prezidenti Donald Tramp bu gecə Fransadakı Versal sarayında ABŞ-İran sazişinin nüsxəsini imzalayıb. 

Marja xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makronun ev sahibliyi etdiyi şam yeməyindən sonra Tramp jurnalistlərə “İmzalandı” deyib. 

İran dövlət mediasının yaydığı fotolara görə, sənəd İran Prezidenti Məsud Pezeşkian tərəfindən də imzalanıb.

Sazişdə qeyd olunur ki, ABŞ İranın neft ixrac edə bilməsi üçün güzəştlər tətbiq edəcək. Sənəddə həmçinin strateji əhəmiyyətə malik Hörmüz Boğazının yenidən açılması ilə bağlı müddəalar əksini tapıb. Bundan əlavə, Tehran “nüvə silahı əldə etməyəcək və ya inkişaf etdirməyəcək” öhdəliyini götürür. ABŞ və regional tərəfdaşlar isə danışıqların növbəti mərhələsində icra olunacaq İran üçün 300 milyard dollarlıq yenidənqurma fondunun yaradılmasına dair öhdəlik götürürlər.

Sazişin mətni bütün cəbhələrdə, o cümlədən İsrailin zərbələr endirməyə davam etdiyi Livanda müharibəyə son qoyulmasını nəzərdə tutur.

Həmçinin oxu: Tramp ABŞ-İran sazişinin kağız nüsxəsini imzaladı

18.06.2026 07:01
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 4-cü_19