PAŞA Bankdan rəqəmsal depozitdə bayram təklifləri!
(®) PAŞA Bank Novruz bayramı ərəfəsində müştəriləri üçün xüsusi fürsət təqdim edir.
Bank bayram münasibətilə “Rəqəmsal depozitdə bayram təklifləri” adlı məhdud müddətli kampaniyaya start verir.
Kampaniya çərçivəsində müştərilər 10%-dək gəlirli onlayn depozit yerləşdirərək həm sabit faiz gəliri əldə edir, həm də səyahət üstünlükləri qazanırlar. 31 mart 2026-cı il tarixinədək davam edəcək kampaniya çərçivəsində “PAŞA Bank”da onlayn depozit yerləşdirən müştərilər üçün aşağıdakı hədiyyələr nəzərdə tutulur:
• 10 000 AZN və üzəri depozit yerləşdirən müştərilərə “Black” kartı və ya 15 000 “Xoşgəldin” mili;
• 50 000 AZN və üzəri depozit yerləşdirən müştərilərə “Black” kartı və əlavə 50 000 “Xoşgəldin” mili;
• 100 000 AZN və üzəri depozit yerləşdirən müştərilərə “Black” kartı və əlavə 100 000 “Xoşgəldin” mili.
Toplanmış millər vasitəsilə müştərilər Türk Hava Yolları və Star Alliance şəbəkəsinə daxil olan 26 aviaşirkətin uçuşları üzrə İstanbul, Amsterdam, Nyu-York və digər istiqamətlərə aviabiletlər əldə edə bilərlər.
Kampaniya çərçivəsində təqdim olunan bütün imtiyazlar və şərtlər haqqında daha ətraflı məlumat əldə etmək üçün linkə keçid edin.
PAŞA Bank-ın Miles&Smiles kartları, Türk Hava Yollarının Miles&Smiles loyallıq proqramı ilə birgə təqdim olunan ödəniş kartlarıdır və gündəlik bank əməliyyatlarını səyahət üstünlükləri ilə birləşdirir. Bu məhsul 2019-cu ildə Azərbaycanda təqdim edilmiş və müştərilərə həm ölkə daxilində, həm də xaricdə edilən əməliyyatlar üzrə uçuş milləri qazanmaq imkanı verən ilk yerli kartlardan biri olmuşdur.
Kart sahibləri, Miles&Smiles kartı ilə edilən uyğun alış-verişlərdən millər toplayırlar. Qazandığı millər Türk Hava Yolları və Star Alliance tərəfdaşları tərəfindən həyata keçirilən uçuşlar, əlavə baqaj, oturacaq seçimi, shopandmiles.com üzərindən alış-veriş və digər səyahət xidmətləri üçün istifadə edilə bilər. Yeni kart sahibləri üçün açılış bonusu olaraq 3,000-ə qədər “Welcome Miles” təqdim olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb






















.jpg)




