Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
Abşeron Logistika Mərkəzi müasir standartlara cavab verən yeni anbar kompleksini istifadəyə verib. Ümumi sahəsi 80 000 m² olan kompleks tam infrastrukturlu olmaqla geniş logistika imkanlarına malikdir.
Kompleksin Abşeron Ticarət Mərkəzinə və digər böyük ticarət obyektlərinə yaxın yerləşməsi burada saxlanılan məhsulların qısa zamanda satışa çıxarılmasını asanlaşdırır. Ərazidə istehsal və emal sahələrinin mövcudluğu sahibkarlar üçün əlavə üstünlük yaradır. Belə ki, məhsulun istehsalı, saxlanması və satışa yönləndirilməsi vahid məkanda təşkil olunur ki, bu da logistika xərclərini və vaxt itkisini minimuma endirir.
Yeni anbar kompleksi tam kommunal infrastrukturla təmin olunub və müasir yanğın təhlükəsizlik sistemi ilə təchiz edilib. Kompleksin ərazisi 7/24 rejimində fəaliyyət göstərən təhlükəsizlik və videomüşahidə sistemləri ilə nəzarətdə saxlanılır, giriş-çıxış prosesləri tam nəzarət altında həyata keçirilir və anbar sahələrinin fasiləsiz mühafizəsi təmin olunur.
Kompleks qida, qeyri-qida və tikinti materiallarının saxlanması üçün əlverişli şərait yaradır.
Anbar sahələrində yüklərin barkodlaşdırılması və izlənilməsi, eləcə də WMS – anbar idarəetmə sistemi vasitəsilə əməliyyatların optimallaşdırılması təmin olunur. Bundan əlavə, yararsız məhsulların utilizasiyası və yüklərin sığortalanması xidmətləri təqdim edilir.
Yeni anbar kompleksi şirkətlərə logistika əməliyyatlarını daha səmərəli təşkil etmək və yüklərin təhlükəsizliyini təmin etmək üçün əlverişli imkanlar yaradır. Anbar sahələri əlavə investisiya tələb olunmadan sərfəli şərtlərlə icarəyə verilir.
Ətraflı məlumat üçün: *5200, 012 404 76 00, 050 555 52 52
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























