Bolt: Azərbaycan ofisinin rəhbərliyində dəyişikliklərin baş verdiyini təsdiqləyirik
“Bolt”un Bakı ofisində ciddi pozuntular aşkarlanıb, ofisinin rəhbəri Naim Əzizov və bir neçə səlahiyyətli şəxs işdən azad edilib. "Bolt Azerbaijan" Marja.az-ın sorğusuna cavab olaraq ""Bolt"un Azərbaycan üzrə rəhbərliyində dəyişikliklərin baş verdiyini təsdiqləyirik"- deyə bildirilib.Yerli mətbuatda dərc olunan iddialara görə, Azərbaycanda “Bolt” platforması ilə əməkdaşlıq edən bir sıra park sahibləri və sürücülər şirkətin yerli idarəetmə strukturlarında sistemli haqsızlıq, selektiv yanaşma və korrupsiya elementləri ilə üzləşdikləri barədə şirkətin Estoniyadakı rəhbərliyinə şikayətlərini bildiriblər. “Bolt”la əməkdaşlıq edən bir neçə sahibkarın şikayəti nəticəsində şirkətin Bakı ofisində yoxlamalar aparılıb. Şirkət daxilində maliyyə və idarəetmə prosesləri yoxlanılıb. Ciddi pozuntular aşkarlanan Bakı ofisinin rəhbəri Naim Əzizov və bir neçə səlahiyyətli şəxs işdən azad edilib.
İddialar ilə əlaqədar Marja.az “Bolt” şirkətinə sorğu göndərmişdi.
Marja.az-ın sorğusuna cavab olaraq bildirilib:
""Bolt"un Azərbaycandakı səfər xidməti üzrə rəhbərliyində dəyişikliklərin baş verdiyini təsdiqləyə bilərik. Bu qərar taksi əməliyyatlarımıza və digər biznes istiqamətlərimizə təsir göstərmir.
Platforma üzrə bütün tərəfdaşlardan, o cümlədən avtopark sahiblərindən, uyğunluq, dürüstlük və qanunvericiliyə əməl etmə standartlarımıza riayət etmələrini gözləyirik. Siyasətlərimizə və daxili nəzarət prosedurlarımıza tam əməkdaşlıq etməyi tələb edirik və bu standartlara əməl olunmadığı hallarda müvafiq tədbirlər görürük.
Uyğunluq və şəffaflığa davamlı öhdəliyimizin bir hissəsi olaraq, fəaliyyət göstərdiyimiz bazarlarda əməliyyat və maliyyə proseslərini mütəmadi olaraq qiymətləndiririk. Bolt hər hansı qanunsuz və ya etik normalara zidd davranış iddialarına son dərəcə ciddi yanaşır. Daxili siyasətlərimizin, etik standartlarımızın və tətbiq olunan qanunların pozulmasına qarşı sıfır tolerantlıq prinsipini tətbiq edirik.
Sürücüləri və avtopark tərəfdaşlarını rəsmi müraciət vasitələrimizdən istifadə edərək hər hansı narahatlıq və ya şübhəli halları bildirməyə çağırırıq ki, bu məsələlər lazımi qaydada araşdırılsın.
Bolt Azərbaycanda ədalətli, şəffaf və qanunvericiliyə uyğun fəaliyyət göstərməyə tam sadiqdir. Prioritetimiz sürücülərin, avtopark tərəfdaşlarının və müştərilərin təhlükəsiz və bərabər platforma təcrübəsinə arxalana bilməsidir".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
10 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




























