970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2025-ci ilin dekabrında Azərbaycanın görkəmli musiqi xadimi Rəşid Behbudovun anadan olmasının 110 ili tamamlandı. Bu əlamətdar gün münasibətilə ABB-nin dəstəyi ilə Azərbaycan Milli İncəsənət Muzeyində Rəşid Behbudova həsr olunmuş “Səsin rəngi” sərgisi keçirilib.

Tədbirdə mədəniyyət naziri Adil Kərimli, ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov, Milli Məclisin deputatları, ölkəmizin görkəmli mədəniyyət və incəsənət xadimləri iştirak edib. Sərgidə dünyanın ayrı-ayrı ölkələrindən olan rəssamların Rəşid Behbudova həsr etdikləri sənət əsərləri nümayiş olunub.

Sərginin ən maraqlı əsərlərindən biri Rəşid Behbudovun 1992-ci ildə Şuşada itmiş məşhur rəsmidir. Azərbaycanın xalq rəssamı Asəf Cəfərovun 1975-ci ildə çəkdiyi “Rəşid Behbudov” tablosu Azərbaycan rəngkarlıq sənətinin incilərindən sayılırdı. Rəsm Rəşid Behbudovun 60 illik yubileyi münasibətilə çəkilmiş, 1982-ci ildə görkəmli sənətkarın ata yurdunda - Şuşada Rəsm Qalereyası açılanda əsər Qalereyaya hədiyyə edilmişdi. Tablo Şuşa Rəsm Qalereyasının daimi ekspozisiyasında təqdim olunurdu.

Əfsuslar olsun ki, 1992-ci ildə Şuşanın işğalı zamanı Azərbaycanın bir çox mədəni dəyərləri kimi “Rəşid Behbudov” rəsmi də talan edildi və yoxa çıxdı. Əsərin tapılması üçün aparılan axtarışlar heç bir nəticə vermədi.

Bu il unudulmaz sənətkarın 110 illik yubileyi münasibətilə ABB-nin təşəbbüsü əsasında Azərbaycanın əməkdar rəssam Natiq Səfərov “Rəşid Behbudov” əsərini eyni şəkildə yenidən yaradıb. ABB əsəri Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunmuş Şuşa Rəsm Qalereyasına hədiyyə verəcək.

ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “Bu, sadəcə yenidən çəkilmiş rəsm əsəri deyil. Yaddaşlardan, arxivlərdən, xatirələrdən toplanaraq yenidən həyata qaytarılmış dəyərdir. İndiki və gələcək nəsillər bu rəsmə tarixi yaddaşımızın canlı nümunəsi kimi baxacaqlar”.

18.12.2025 16:21

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18