OPEC müvəffəqiyyətə çatsa da, neftdəki canlanma qısamüddətli ola bilər
OPEC və müttəfiqləri, bu həftə təşkil edəcəkləri yığıncaqda, həddindən artıq qlobal təklifin önünə keçmək üçün sərf etdikləri səyin işə yaradığını görəcəklər; ancaq təklif (hasilat) artıqlığındakı azalma qısaömürlü ola bilər.
"Marja" Bloomberg-ə istinadən xəbər verir ki, neft qiymətləri, yenidən yüksəlişə keçərək üç ayın zirvəsinə çıxıb və anbarlarda neft ehtiyatları dünya səviyyəsində azalıb. Bu, OPEC və Rusiyanın da içərisində olduğu müttəfiqlərinin doqquz aydır tətbiq etməkdə olduqları hasilat məhdudlaşdırmalarının nəhayət işə yaradığı işarələrini verir. Yenə də, ABŞ-ın neft ehtiyatları yavaş da olsa artmaqda davam edir və qiymətlər üzərində təzyiq yaradır.
"CitiGroup"un əmtəə araşdırma müdiri Ed Morse, "OPEC-in tətbiq etdiyi strategiya işə yaramış kimi görünə bilər. Buna baxmayaraq, OPEC, şist nefti qarşısındakı uzunmüddətli mübarizədə uduzub" deyə bildirib.
OPEC və tərəfdaşları neft qiymətlərini qaldırmaq üçün gündəlik hasilatlarını 1,8 milyon barel azaldırlar. Yaradılmış Komitə 22 Sentyabrda toplanaraq vəziyyəti müzakirə edəcəkdir. Noyabr ayında təşkil ediləcək toplantıda isə müddətin uzadılmasının müzakirə ediləcəyi gözlənilir. Hasilatın azaldılması sazişinin müddəti 2018-ci ilin Mart ayının sonunda başa çatacaq.
Bu dəqiqələrdə Brent nefti 55,44 dollardan alıcı tapır.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb





.jpg)









.jpg)



