Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azər Türk Bankdan “Gül kimi” yeniliklər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azər Türk Bankdan “Gül kimi” yeniliklər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dövlət bankı Azər Türk Bank 13 sentyabr tarixindən etibarən yeni marketinq konsepsiyasının tətbiqinə start verir.

 

Bankdan "Marja"ya daxil olmuş məlumata görə, daim müştəri məmnuniyyətini fəaliyyətinin əsas qayəsi hesab edən Azər Türk Bank bu yeni, “Gül kimi” adlanan konsepsiyasında nəzərdə tutulmuş yeniliklərlə müştərilərini mütəmadi olaraq sevindirəcəkdir.

 

Bu sıradan olan ilk yenilik Bankın kart müştərisi olmaq istəyənlər üçün nəzərdə tutulub. Belə ki, indi  banka MasterCard Standard  kredit kartı əldə etmək üçün müraciət edənlərə Bank həmin kartın qiymətinə xüsusi imkan və üstünlüklərə malik olan MasterCard Gold təqdim edəcəkdir. Həmçinin öncədən elan olunmuş və davam edən  “Bir kart alana biri də hədiyyə” kampaniyamıza qoşulanlar da  bu yenilikdən faydalana biləcəklər.

 

“Sizinlə gələcək” kampaniyası çərçivəsində xaricdə təhsil alan tələbələr üçün isə MasterCard Standard əvəzinə xüsusi dizaynlı Mastercard Debit kartları nəzərdə tutulmuşdur.

 

 "Növbəti “Gül kimi” yeniliklərimizdən xəbərdar olmaq üçün gözünüz bizdə olsun", - Bankın məlumatında deyilir.

 

 22 ildir fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

 

Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.azerturkbank.azsaytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

14.09.2017 07:45
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18